Tramp:“Çalışıram ki, Obamanın yaratdığı çoxsaylı maneələrə fikir verməyim”

Tramp:“Çalışıram ki, Obamanın yaratdığı çoxsaylı maneələrə fikir verməyim”

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp səlahiyyətləri bitmək üzrə olan Barak Obamanın ona hakimiyyəti rahat şəkildə ötürmədiyini və maneələr yaratdığını açıqlayıb. 

Bu barədə D. Trampın "Twitter" hesabında yazılıb: 

"Çalışıram ki, onun yaratdığı çoxsaylı maneələrə və reaksiyama səbəb olacaq açıqlamalarına fikir verməyim. Düşünürdüm, hakimiyyət mənə hamar şəkildə ötürüləcək. Yanılırdım”. 

Qeyd edək ki, Obama Trampı seçkiqabağı kampaniya zamanı çox tənqid  etsə də, Tramp prezident seçiləndən sonra ona hakimiyyəti ötürməkdə yardımçı olacağını söyləyib. Obama ilə Tramp  Ağ evdə keçirdikləri görüşdən başqa bir neçə dəfə telefonla danışıblar. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}