8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya aviaşirkətləri dövlət dəstəyinə baxmayaraq, ziyanla işləməkdə davam edirlər. Ötən il bu ölkənin aviasiya şirkətləri 10 milyard rubladək maliyyə vəsaiti itiriblər.
Hava Nəqliyyatının İstismarçıları Assosiasiyasının prezidenti Vladimir Tasun jurnalistlərə bildirib ki, Rusiya daxilində həyata keçirilən uçuşlar daha səmərəsizdir. Əlavə dəyər vergisinin müvəqqəti olaraq 10 faiz azaldılmasına baxmayaraq, bu reyslər aviaşirkətlərə 33 milyard rubl ziyan vurub.
Tasunun sözlərinə görə, aviaşirkətlər təyyarələrin lizinqinə daha çox vəsait xərcləyirlər. Belə ki, təyyarələrin lizinqi 300 milyard rubl, aeroport və aeronaviqasiya xidmətləri müvafiq olaraq 20 milyard və 2 milyard rubl artıb.
Assosiasiyanın rəhbəri vurğulayıb ki, Rusiya aviaşirkətlərinin hazırda əsas gəlir mənbəyi xarici xətlərdir(azərtac).