8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanın 90 min vətəndaşı Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səfər edib.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Aİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Yanoş Herman vizasız rejimin altı ayının yekunlarına həsr olunmuş tədbirdə bildirib.
Vizasız rejimin uğurlu olduğunu vurğulayan Y. Herman deyib ki, 230-a yaxın Gürcüstan vətəndaşının Şengen zonasına daxil olmasına icazə verilməyib. O qeyd edib ki, Şengen ölkələrinə səfər üçün yeni tənzimləmələr Gürcüstanla yanaşı, digər ölkələrə də şamil olunur: "Şengen zonasına səfər üçün onlayn avtorizasiya beş il etibarlı olacaq. Bu, çox sadə prosedur olacaq”.
Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız rejim cari ilin martın 28-də qüvvəyə minib.