8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Göyərtəsində 66 nəfərin olduğu İranın sərnişin təyyarəsinin qəzaya uğradığı ehtimal olunan bölgədə hava şəraiti yaxşılaşıb.
"Report" "Press TV" telekanalına istinadən xəbər verir ki, bununla əlaqədar bölgədə axtarış işləri bərpa olunub.
Qeyd edək ki, dünən rəsmilər əlvarişsiz hava səbəbinə görə təyyarə qəzasının baş verdiyi güman edilən bölgədə axtarışı dayandırmışdı.
Hazırda axtarış əməliyyatında helikopterlər və axtarış qrupları iştirak edir. Mütəxəssislər qəza bölgəsinə müxtəlif tərəflərdən yaxınlaşmaq niyyətindədirlər.
Xatırladaq ki, "Aseman Airlines" aviaşirkətinə məxssu "ATR-72" təyyarəsi fevralın 18-də Tehran-Yasuc reysini yerinə yetirərkən ahavaya qalxdıqdan təxminən 50 dəqiqə sonra radardan itib. Təyyarə İranın İsfahan ostanının Səmirom şəhərinin yaxınlığında Dena dağ silsiləsinə çırpılıb.
Təyyarədə 66 nəfər - 60 sərnişin, o cümlədən 1 uşaq, 6 ekipaj üzvü olub. Onların hamısı ölüb.