13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Respublikaçılar və demokratlar mövcud maliyyə ili üçün 1,3 trilyon dollar həcmində büdcə barədə razılığa gəliblər.
Ukraynaya ayrılan maliyyə yardımının ümumi miqdarı 620,7 milyon dollar təşkil edəcək. Bu barədə Ukraynanın ABŞ-dakı səfirliyindən açıqlama verilib. Kiyev 200 milyon dollar həcmində hərbi-texniki kömək alacaq. Bu, 2017-ci maliyyə ili ilə müqayisədə 50 milyon dollar çoxdur. Vəsait Ukrayna hərbi qulluqçularının hazırlığı, hərbi texnika və silah-sursat alınması, logistik təminat və digər məqsədlərə sərf olunacaq. Daha 420,7 milyon dollar Ukraynaya ABŞ Dövlət Departamenti də onun nəzdindəki agentliklər vasitəsilə veriləcək. Bu, 2017-ci ildə ayrılan məbləğdən 10 milyon dollar çoxdur.
Gürcüstana isə 105,3 milyon dollar ayrılıb. Qeyd olunur ki, bu vəsaitlər Gürcüstan əraziləri – Abxaziya və Cənubi Osetiyadakı Rusiya işğalına dəstək məqsədilə istifadə oluna bilməz.