CANLI YAYIMDA AÇIQ-AŞKAR BƏYAN ETDİ: “MÜHARİBƏ OLACAQ”

CANLI YAYIMDA AÇIQ-AŞKAR BƏYAN ETDİ: “MÜHARİBƏ OLACAQ”

 

"Mossad”ın keçmiş başçısı Efraim Halevi: "Rusiya ilə döyüş vəziyyətinə gələ bilərik”

Sozcu.info xəbər verir ki, İsrailin kəşfiyyat xidməti olan "Mossad”ın keçmiş başçısı Efraim Halevi İsrail ilə Rusiya arasında hərbi toqquşma ehtimalının artdığını bildirib.

İsrailin "Kanal 10” teıeviziyasına müsahibə verən Halevi İsrail ilə Rusiya arasında son dövrdə yaranan gərginliklə bağlı fikirlərini bildirib.

Rusiya ilə hərb ehtimalının artdığını bildirən Halevi deyib: "Bu müharibə ölkəmizin şimalında (Suriyada) yerləşən və varlığını möhkəmləndirən böyük bir ölkə ilə olacaqdır. Bu ölkə şimal sərhədində müəyyənləşdirici tərəfdir. Rusiya ilə müharibə vəziyyətinə gələ bilərik. İsrail qüvvələri Rusiya qüvvələri ilə qarşılaşa və müharibə baş verə bilər. Bu superqüvvənin öhdəsindən müharibəsiz gəlməyin yolunu tapmalıyıq. Lakin müharibə baş verəcəyi təqdirdə qalib olmalıyıq”.

Halevi daha sonra deyib: "Rusiya, çox üzün müddətliyə qalmaq üçün Suriyaya daxil olub. Hərbi bazalarını və qüvvəsini onlarla il davam edəcək şəkildə inşa edib. Zənn edirəm ki, bölgədəki strateji müttəfiqi olan İranın məğlub edilməsini istəməyəcək və bu, onun xeyrinə olmaz”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}