"AMAY Abdulla"nın adamları hakim qarşısında - İş adamının başı yenə dərddə

"AMAY Abdulla"nın adamları hakim qarşısında - İş adamının başı yenə dərddə

 

"Xudafərin" MMC-nin vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb.

Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkilləri cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası aprelin 27-də davam etdiriləcək.

"Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Şirkət əməkdaşları mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər. Bildirək ki, bu şirkətin rəhbəri "AMAY Abdulla" kimi tanınan Abdulla Abdullayevdir.

Bildirək ki, iş adamının adı bir neçə qalmaqallı məhkəmə işlərində hallanıb. O, bir neçə il öncə həbsdən çıxıb./musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti