Putin Trampla görüşə hazırdır

 

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşə hazırdır.

Sozcu.info-un məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

"Telefon söhbəti zamanı ABŞ prezidenti Vladimir Putini Ağ Evdə görməyə şad olacağını bildirib. Biz amerikalı həmkarlarımıza belə bir görüşün konkretləşdirilməsini istədiyimizi çatdırmışıq. Prezident Putin belə görüşə hazırdır”, - deyə Lavrov əlavə edib.

Qeyd edək ki, daha öncə iki lider telefon danışığı zamanı belə bir görüşün mümkünlüyünü bildiriblər. Tramp həmin görüşün Vaşinqtonda baş tutmasının mümkün ola biləcəyini qeyd edib.

Bununla belə, S.Lavrov əlavə edib ki, Rusiya və ABŞ liderlərinin görüşünə hələ heç bir hazırlıq getmir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}