8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, guya təhsillə, müəllimlərlə əlaqədar təhsil sistemində ciddi islahatlar aparılır:
"Tələb edirik ki, müəllimlər mütləq sertifikasiyadan keçməlidirlər. Hətta elmlər namizədləri, doktorları da imtahan verib sertifikasiya almalıdırlar.
Özü də 5 il müdətinə. 5 ildən sonra bu adam yenidən imtahan verməlidir axı. Həmin müəllim bu stressi yenidən yaşamalıdır. İslahat budur? Alimlər, müəllimlər arasında bu stress yaradırsa, demək ki, islahat deyil. Ümumiyyətlə, sertifikasiya nə ilə əlaqədardır? Elmlər namizədi müdafiə edib bu adı alır, elmlər doktoru imtahan verib bu sertifikatı alıb. Bəs, bu niyə yenidən imtahan verməlidir? Ümumiyyətlə, "Təhsil haqqında” qanuna edilən dəyişikliklər başa düşülən deyil”/Modern.az.
Qeyd edək ki, etirazlara baxmayaraq, dəyişikliklər qəbul olunub.