Paşinyandan Qarabağla bağlı ŞOK BƏYANAT: "Bu, mənim əmrimdir”

 

Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb.

Sozcu.info  xəbər verir ki, Paşinyan bu çağırışı cəbhədəki vəziyyəti şərh edərkən səsləndirib.

O, erməni hərbi birləşmələrinin hadisələrin istənilən ssenarisinə hazır olmasının vacibliyinə diqqət çəkib.

"Siz bilirsiniz ki, hərbi təlimlər olacaq. Onların (Azərbaycan) bəyanatına əsasən bu təlimlər genişmiqyaslı formada həyata keçiriləcək. Hesab edirəm ki, bizim ordumuz istənilən ssenariyə hazır olmalıdır. Bu, mənim əmrimdir”, - deyə o bildirib.

Azərbaycan Ordusunun uğurlu əməliyyatları, bununla yanaşı, 2-6 iyul tarixində keçiriləcək 20 000 şəxsi heyət, 120 zirehli texnika, 200 raket-aetilleriya sistemi və 30 döyüş təyyarəsinin iştirak edəcəyi hərbi təlimlər Ermənistanda ciddi qorxuya səbəb olub. Paşinyanın açıqlaması da bunu bir daha sübuta yetirir.

Erməni şərhçi Sarqis Artsruni Paşinyanın bəyanatını şərh edərkən bildirib ki, Ermənistan müharibə istəmir, lakin buna həm də hazırlaşır.

"Əlbəttə, Ermənistan maksimum çalışmalıdır ki, 2016-ı ilin "aprel müharibəsi”ndəki nümunə təkrarlanmasın. "Aprel müharibəsi” Ermənistan ordusunun hərtərəfli müflisliyini, döyüş bacarığının olmamasını, həmçinin, xarici siyasətdəki zəiflikləri ortaya çıxardı”, - deyə o bildirib./publika.az/



Oxşar Xəbərlər

Xəbər lenti