“Azərenerji”:“Hazırda ölkə üzrə enerji təchizatı 90%-ə çatdırılıb”

“Azərenerji”:“Hazırda ölkə üzrə enerji təchizatı 90%-ə çatdırılıb”

 

"Yaxın 1 saat ərzində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyətini dayandırmış bloklarından 2-si işə salınacaq”.

Bunu "Report”a "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Y.Babanlı bildirib ki, hazırda ölkə üzrə enerji təchizatı 90%-ə çatdırılıb.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan "Azərbaycan” İES 8 blokdan ibarətdir.

İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.



Oxşar Xəbərlər

Xəbər lenti