“NATO-dan uzaqlaşır”, - dedilər, amma... - Türkiyədən NATO-ya ÜÇ YENİ TÖFHƏ

“NATO-dan uzaqlaşır”, - dedilər, amma... - Türkiyədən NATO-ya ÜÇ YENİ TÖFHƏ

 

Sozcu.info xəbər verir ki, Türkiyənin Rusiya ilə müqavilələri ilə bağlı yenidən gündəmə gələn "NATO-dan uzaqlaşırmı?” mübahisələri davam elədiyi bir dövrdə, Ankara üzv olduğu hərbi ittifaqa yeni töfhələr verməkdədir.

Türkiyənin 3-cü Korpus Komandanlığının həcmini artıraraq NATO-nun xidmətinə verməsi məsələsi gündəmdədir. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı Türkiyə səfiri Tacan İldem İraqda başladılacaq təlim missiyasına bir nəfər türk komandir köməkçisinin göndərilməsi və Türkiyə Silahlı Qüvvələrinin İraq asayiş qüvvələrinin təlimi üçün hərbçi göndərməsinin gündəmdə olduğunu bildirib.

NATO-da müdafiə xərclərinə ən mühüm töfhəni ABŞ verir. Amerikanın müdafiə xərcləri bu il 3,5% səviyyəsindədir, lakin müxtəlif hesablamalar zamanı bu rəqəm 4,2%-ə qədər yüksələ bilir.

Türkiyə 2014-cü ildəki 1,5%-dən kiçik olan rəqəmi bu il 1,68%-ə qədər yüksəldib. Almaniyanın tənqid hədəfi olan Almaniyada bu rəqəm 1,24%-ə bərabərdir.

Təchizata xərclənən vəsaitə görə isə Türkiyə 2014-cü ilə görə ən sürətlə irəliləyən ölkələrdəndir. Türkiyənin müdafiə xərcləri daxilində təchizata xərclədiyi vəsait son dörd ildə 25%-dən 31,55%-ə qədər qalxıb. NATO-nun bu sahədəki hədəfi isə 20 faizə bərabərdir.



Oxşar Xəbərlər

Xəbər lenti