8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avropada yaşayan jurnalist Cavanşir Həsənli keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasovun Londonda qiymətli əmlakının olduğu və onun yeni şirkət təsis etdiyi barədə məlumat yayıb.
Sozcu.info istinadən xəbərinə görə, o, Birləşmiş Krallıq, London, City Road 160, Kemp House ünvanındakı əmlakın Eldar Abbasova aid olduğunu iddia edib, keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni olan 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkətin də bu ünvanda yerləşdiyini bildirib.
Jurnalist yazır ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən "kəsdiklərini” Britaniyada eyni sahəyə yatırım edib: "Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur.
Bu, Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb. Görünür bu sahədə bəxti gətirməyib”.
Unikal.org xəbər verir ki, sabiq nazirin oğlu Eldar Abbasov yayılan məlumatla bağlı sosial şəbəkədə məlumat verib. Bildirib ki, haqqında yazılan xəbər həqiqətə uyğun deyil:
"Yazını oxudum. İctimaiyyətə yalan və həqiqətə uyğun olmayan məlumatlar verirsiniz. Bina şəkli qoyub, iddia edirsiniz ki, bu mənə məxsusdur. Sizin bu araşdırmacı jurnalistinizin ümumi korporatov savadsızlığıdır ki, şirkətin qeydiyyat ünvanının hökmən direktorun mülkiyyəti olduğunu düşünür.
Bu adres £29 qarşılığında istifadə oluna bilən, qeydiyyat ünvanıdır. Buyurun baxın: https://www.yourcompanyformations.co.uk/address/registered-office/
Sualınız varsa və düzgün xəbər bölüşmək niyyətiniz olsa buyurun əlaqə saxlayın”.