Səudiyyəli prokuror qərarını verdi: EDAM EDİLƏCƏKLƏR

Səudiyyəli prokuror qərarını verdi: EDAM EDİLƏCƏKLƏR

 

Sozcu.info xəbər verir ki, Səudiyyə Ərəbistanının prokuroru ölkənin İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşıkçı cinayəti ilə bağlı 11 şübhəlidən 5-i üçün edam cəzasının tələb olunduğunu bildirib. Açıqlamada deyilir: "Kaşıkçının ölümündə boğulma və öldürücü dozada dərman verilməsinin təsiri olub”.

Səudiyyəli reformaçılar üçün mühüm platforma sayılan "Əl vətən” qəzetinə və eyni zamanda "Vaşinqton Post” qəzetinə yazılar yazan Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun binasında daxil olduqdan sonra itkin düşüb və bir daha ondan xəbər alınmayıb.

Həmin ərəfədə Səudiyyə Ərəbistanından İstanbula gələn 15 nəfər vətəndaşın Kaşıkçının yoxa çıxamasından sonra ölkələrinə qayıtdıqları bildirilmişdi. Məsələ ilə bağlı Türkiyə və Səudiyyə Ərəbistanı məmurlarından ibarət ortaq işçi qrupu yaradılmışdı.




Oxşar Xəbərlər

Xəbər lenti