FƏRAT ÇAYININ ŞƏRQİNDƏ ORDU QURULUR - ABŞ Suriya ərazisində 40 min nəfər SDQ üzvünə təlim verəcək

FƏRAT ÇAYININ ŞƏRQİNDƏ ORDU QURULUR - ABŞ Suriya ərazisində 40 min nəfər SDQ üzvünə təlim verəcək

 

"Suriyadan çıxmaq niyyətində deyilik”

 ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford Suriyada əsas hissəsi YPG/PKK terrorçularından ibarət olan Suriya Demokratik qüvvələrinin üzvü olan 40 min nəfərə hərbi təlim verməyi planlaşdırdıqlarını bəyan edib.

Danford indiyə qədər 8 min nəfər SDQ üzvünə təlim vermiş olduqlarını da əlavə edib.

ABŞ-ın Baş Qərargah rəisi yaxın gələcəkdə Suriyadan çıxmağı planlaşdırmadıqlarını, ölkənin şərqində İŞİD üzvlərinin qaldığı üçün bu qərarı verdiklərini bildirib. ABŞ0ın lideri olduğu beynəlxalq koalisiya ilə SDQ-nin İŞİD-in nəzarəti altında qalmış Hacin rayonuna göstəriş xarakterli hücumları davam edir. Bu hücumlar nəticəsində dinc sakinlərin daha çox zərər çəkdikləri, qadın və uşaqların koalisiyanın bombardmanları nəticəsində həlak olduqları xəbərləri dəfələrlə dünya mətbuatında dərc edilib.

İŞİD-in əlində yalnız Hacin şəhəri və bir neçə ətraf kənd və məntəqə qalıb. Pentaqon Suriya Demokratik Qüvvələrinin təlimi və silahlandırılması üçün 2019-cu il büdcəsindən 300 milyon, qurulması planlaşdırılan sərhəd təhlükəsizliyi qüvvələri üçün isə 250 milyon dollar ayırmağı nəzərdə tutub. Qeyd edək ki, əsasən YPG/PKK terrorçularından ibarət SDQ qüvvələri Türkiyənin cənubunda yerləşir və bu ölkə üçün təhdid hesab edilir.



Oxşar Xəbərlər

Xəbər lenti