8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qazaxstan Respublikasındaiyunun 9-da növbədənkənar prezident seçkiləri keçirəcək. Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, seçkilərdə qələbə uğrunda 7 namizəd mübarizə aparır. Dövlət başçısı postuna hakim "Nur Atan” Partiyasından ölkənin hazırkı rəhbəri Qasım-Comart Tokayev, namizəd kimi qeydə alınan yeganə qadın "Ağ Jol” Demokratiya partiyasından deputat Daniya Espayeva, Respublika İctimai Birliklərindən Qazaxıstan yazıçılar Birliyinin və Humanitar elmlər Akademiyasının üzvü Sadıbek Tuqel, "Аul" Vətənpərvərlik Xalq-demokratik partiyasından Toleutay Rəhimbekov, Qazaxstam Kommunist Xalq Partiyasından Jambul Əhmətbekov, Qazaxstan Həmkarlar İttifaqı Federasiyasından Amanqeldı Taspixov və "Millətin taleyi" Birləşmiş Milli Vətənpərvərlik Hərəkətindən, "Yeni Qazaxstan” hərəkətinin rəhbəri, publisist Əmircan Kosanov namizəd kimi qeydə alınıblar. Yerli ekspertlərin fikirincə prezident postu uğrunda əsas mübarizə hazırkı dövlət başcısı Qasım-Comart Tokayev və ölkə müxalifətini təmsilcisi Əmircan Kosanov arasında gözlənsə də, hakim partiyanın namizədi qalib gələcək. Qazaxstan Respublikası Prezidentinə namizədlərin seçkiqabağı təşviqat kampaniyası 8 iyun tarixinə qədər davam edəcək. Onuda xatırladaq ki, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin səlahiyyət müddəti 2020-ci ildə bitməsinə baxmayaraq, o martın 20-də istefa vermiş və ölkə başçısı vəzifəsinə parlamentin yuxarı palatasını sədri Qasım-Jomart Tokayev seçilmişdi. Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün Maliyyə Nazirliyinə 12 milyard təngənin (31,5 milyon dollar) ayrılması ilə əlaqədar müraciət etsədə Hökumət özünün ehtiyat fondundan 9,4 milyard tənqə (25 milyon ABŞ dolları) ayrılıb.
A.Məmmədli
"Yeni Sözçü”qəzeti