8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Gürcüstan prezidenti Salome Zurabişvili təklif edib ki, Donbass probleminin həlli ilə məşğul olan "Normand formatı” (Ukrayna, Rusiya, Fransa və Almaniya) Abxaziya və Cənubi Osetiya məsələsiylə də məşğul olsun. Sozcu.info xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
2008-ci il müharibəsindən sonra Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər olmadığını qeyd edən Şahinoğlu diqqətə çatdırıb ki, iki ölkə arasında dialoq xarici işlər nazirlərinin müavinləri səviyyəsində Cenevrə şəhərində aparılır: "Diplomatlar ara-sıra görüşür, mübahisələri həll etməyə çalışırlar. Ancaq müzakirələr nəticə vermir. Salome Zurabişvili Gürcüstanın Rusiya ilə üz-üzə heç bir məsələni həll edə bilməyəcəyi qənaətindədir. Ona görə də Gürcüstan prezidenti hesab edir ki, prosesdə Almaniya və Fransa iştirak etsə, danışıqlar ölü nöqtədən tərpənə bilər”.
"Görünür, Salomze Zurabişvili hesab edir ki, danışıqlarda Fransa və Almaniya iştirak etsə, Rusiyanın Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə baxışı dəyişə bilər. Yanlış nəticədir”,-deyə politoloq əlavə edib.
"Normand formatı”nın Donbass problemini həll edə bilmədiyini vurğalayan Şahinoğlu nəzərə çatdırıb ki, Fransa və Almaniya Donbass probleminin həllini sürətləndirə bilmirlər: "Problemi həll edə bilməyən Fransa və Almaniya üçün Donbasda atəşkəsin qorunması kifayət edir. Həmçinin nə Fransa, nə də Almaniya hər hansı problemin həlli məqsədilə Rusiyaya təzyiq etmirlər və belə bir düşüncələri yoxdur, tam əksinə Paris və Berlin hətta mövcud şərtlər daxilində Moskva ilə əlaqələrin inkişafına çalışırlar. Belə olan halda Abxaziya və Cənubi Osetiya problemlərinin həlli ilə bağlı hətta geniş format yaransa belə, bu, Gürcüstanın problemlərini həll etməyəcək”.