Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” –
Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Həbsdə olan Saakaşvili müxalifətə göstəriş verdi
Bu qanunlarda dəyişiklik edildi -
FƏRMAN
Azərbaycanda dəmiryolçular üçün tədris mərkəzi tikiləcək
Gürcüstanda Prezident ilə parlament arasında nifaq -
qərar verildi
"III Dünya müharibəsinin astanasındayıq"
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Baş nazir bu qaydaya dəyişiklik etdi
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
Dollar almaq istəyənlər oxusun
Netanyahunun müşaviri ömürlük həbs oluna bilər
Bu il sosial müavinət və Prezident təqaüdləri üzrə ödənişlərin məbləği açıqlanıb
Əvvəlki
Sonrakı
İlham Əliyevdən Şuşa ilə bağlı paylaşım -
VİDEO
8-11-2024, 10:40
Gürcüstanda bəzi məntəqələrdə seçkilərin nəticələri ləğv edilib
5-11-2024, 21:00
Hizbullahın yeni lideri ilk müraciətini yaydı
- Mübarizə sözü verdi
30-10-2024, 18:46
"Türkiyə terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir"
- Ərdoğan
25-10-2024, 19:08
Putin Kiyevin Ərdoğanın sülh danışıqları təklifindən imtina etdiyini açıqlayıb
24-10-2024, 21:29
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
"Bu, çox təhlükəli meyildir" - İlham Əliyevin Forumda çıxışı(TAM MƏTN)
Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
AzerTac xəbər verir ki, çıxış edən prezident İlham Əliyev bildirib ki, builki Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndənin iştirak etdiyini bildirib:
"Bu, özlüyündə bir göstəricidir. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparılmışdır.
Eyni zamanda, Azərbaycan son illər ərzində mötəbər idman yarışlarına da ev sahibliyi edib. Təkcə bu il Bakıda ilk dəfə olaraq "Formula-1” yarışı və Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Keçən il isə tarixdə ilk dəfə olaraq Bakıda birinci Avropa Oyunları keçirilmişdir. Bu, özlüyündə bir göstəricidir. Çünki ilk Avropa Oyunları müsəlman ölkəsində keçirilmişdir və bu, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfəsi kimi qiymətləndirilə bilər. Gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bir şəhərdə cəmi iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Oyunları keçiriləcəkdir. Bugünkü Azərbaycan, bax, bu yolla gedir.
Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.
Azərbaycan Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, hər iki təşkilatda fəal rol oynayır. Hər iki təşkilat Azərbaycanın təşəbbüsü ilə bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli və beynəlxalq hüquqa əsaslanan qətnamələr qəbul edib və bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi göstərilib. Biz bu iki təşkilatda fəaliyyətimizi uğurla davam etdiririk. Bu iki təşkilatda dünyanın 100-dən çox ölkəsi birləşir. Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında bir əlaqə yaradılsın. Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdir. Bu, dünyada çox böyük əks-səda yaratmışdır. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü və bu görüşə, bu təşəbbüsə "Bakı prosesi” adı verilmişdir. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsə "Bakı prosesi” adı verilmişdir.
Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq.
Bu dövlət siyasəti ölkə daxilində böyük rəğbət qazanır. Eyni zamanda, bu, cəmiyyətin də əhval-ruhiyyəsidir. Çünki dövlət siyasəti o zaman uğurlu icra edilə bilər ki, cəmiyyət də buna müsbət cavab verir. Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanda bu il "Multikulturalizm ili” elan edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dövlət Bayrağı Meydanının, - bu bayraq dövlətçiliyimizin rəmzidir, - yaxınlığında multikulturalizmə abidə ucaldılmışdır.
Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meyilə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki, gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək.
Əfsuslar olsun ki, dünyada təhlükələr artır. Biz birinci Bakı Beynəlxalq Humanitar Forumunu təşkil edəndə bu gün mövcud olan təhlükələr yox idi. Son bir neçə il ərzində dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr baş verib və baş verir. Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir. Həmçinin bu ölkələr dağılandan sonra, - mən Yaxın Şərqi nəzərdə tuturam, - insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar. Onların Avropaya gəlişi də bəzi ölkələrdə çox böyük gərginlik yaratmışdır və miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir, eyni zamanda, antimiqrant meyillər güclənmişdir. Bu, Avropada radikal qüvvələrin xeyrinə işləyir. Bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik ki, radikal qüvvələr daha böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə edərək daha böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli meyildir.
Biz indi sivilizasiyalararası dialoqdan danışırıq, ancaq reallıqda sivilizasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Ona görə, indiki zamanda daha çox bu məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir. Bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir. Misal üçün, islamofobiya bütün İslam aləmini narahat edir, incidir. Çünki həm bəzi kütləvi informasiya vasitələri, həm də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən İslam haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri "stop İslam” deyirlər. Bəziləri deyir ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu, nədir? Bu XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı ölkələr reaksiya verir, sanki bu, belə də olmalıdır. Çox təhlükəli meyillərdir və biz mütləq bu barədə danışmalıyıq. Müsəlman aləmində gedən radikallaşma, radikal qüvvələrin daha da böyük dəstək qazanması da narahatedici amillərdir. Ona görə, hesab edirəm ki, biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik.
Bakı Beynəlxalq Humanitar Forumunda tanınmış dövlət xadimləri, ictimai xadimlər, tanınmış alimlər, - onların arasında 13 Nobel mükafatı laureatı var, - jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər dəyərli qonaqlar iştirak edirlər. Ona görə, bu, açıq diskussiyalar, tövsiyələr, hərəkət üçün çox gözəl bir formatdır.
Qeyd etdiyim kimi, Azərbaycan humanitar əməkdaşlığa həmişə böyük diqqət yetirib. Ancaq onu da istəyirəm qonaqlar bilsinlər ki, bizim ölkəmiz və xalqımız özü böyük humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.
İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir. Erməni faşizmi böyük fəlakət törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkirlər.
Bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siyasəti kimi qəbul edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri, - yaxın tarix bunu göstərir, - günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların icrasını tələb etmirlər.
Digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT, yəni, bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir. Eyni zamanda, beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir və beynəlxalq hüquq təmin edilməlidir.
Bu problemə baxmayaraq, ölkəmiz inamla inkişaf edir, biz güclənirik. Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin əksər illəri inkişaf və tərəqqi illəri olmuşdur. Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malikdir. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi böyük etimad göstərərək bizi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçmişdir.
Ölkəmizdə humanitar məsələlər öz həllini tapır. Biz bu məsələlərə çox böyük diqqət göstəririk. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib. Məcburi köçkünlərin problemləri həllini tapır. Doxsandan çox qəsəbə salınmışdır və 250 mindən çox köçkünə yeni evlər, mənzillər verilmişdir.
Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul üç dəfə artmışdır. Bizim böyük valyuta ehtiyatlarımız var və onlar ümumi daxili məhsulumuza bərabərdir. İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılmışdır. Bu gün həm işsizlik, həm yoxsulluq ölkəmizdə təxminən beş faiz səviyyəsindədir. Savadlılıq təxminən 100 faizdir. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi təbii resurslarla bağlıdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir. Dünən mənə məlumat verildi ki, Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Dünya miqyasında rəqabət qabiliyyətliyinə görə 37-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, çox dərin siyasi böhran, iqtisadi böhran yaşanırdı. Qaçqınların, köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ilk yerlərdədir. Bu, çox acı statistikadır, amma bu, belədir. Bu da əlbəttə ki, bizim maliyyə resurslarımızı cəlb edib. Bütün bunlara baxmayaraq düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibətlər, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi təqdim edir.
Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Gözəl ölkə qurmuşuq və bundan da gözəl olacaq. İstəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də bu niyyətin bir hissəsidir.
Mən bütün qonaqlara ölkəmizə gəldikləri üçün bir daha minnətdarlığımı bildirmək istəyirəm. Foruma uğurlar arzulayıram. Sağ olun.
Oxşar Xəbərlər
“Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfrans
Jurnalistikada "Cəzasızlığa qarşı Beynəlxalq Gün" kampaniyası keçirilir
Rza İbadov prezidentə təşəkkür etdi: “Yaxın günlərdə Bakıya dönəcəyəm”
Prezident Naxçıvan Beynəlxalq Hava Limanının "Şərq Terminalı" ilə tanış olub
Xəbər lenti
Bu tarixədək 300 milyon insan öləcək -
Alimlər
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” –
Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Həbsdə olan Saakaşvili müxalifətə göstəriş verdi
Bu qanunlarda dəyişiklik edildi -
FƏRMAN
Sabah ölkədə iş günüdür?
Azərbaycanda dəmiryolçular üçün tədris mərkəzi tikiləcək
Gürcüstanda Prezident ilə parlament arasında nifaq -
qərar verildi
"III Dünya müharibəsinin astanasındayıq"
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Baş nazir bu qaydaya dəyişiklik etdi
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
Dollar almaq istəyənlər oxusun
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Müharibə veteranlarını
SEVİNDİRƏCƏK XƏBƏR
Netanyahunun müşaviri ömürlük həbs oluna bilər
Bu il sosial müavinət və Prezident təqaüdləri üzrə ödənişlərin məbləği açıqlanıb
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR -
Sirləri açdı!
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi -
Uduzdu
“NAZİR İSLAHATLARIN NƏTİCƏSİNDƏN DANIŞIR, ANCAQ...”
- Sabiq deputat sensasiyalı faktları açıqladı
Nazir oğlu: "400 minlik yeyintidən xəbərim olmayıb"
Niyam Rəmişin xanımını işdən çıxardıb?
Azərbaycanda boşananlara BƏD XƏBƏR:
246 manat...
Şəhidin atası vəfat etdi -
FOTO
Gündə 6 dənəsini yemək bədəni dəmir və kalsiumla doldurur
Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq -
RƏSMİ
Prezident iki dövlət qurumunu ləğv etdi –
SƏRƏNCAM
İmişlidə təbiətə qənim kəsilən generalın əmisi oğludur?
Qırmızı kitab"a düşən ağacları kim qırdırır?
Kartof ixracımız 23 min tona yaxın azalıb
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” –
Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Yeni Azərbaycan Partiyası: Tarixi gerçəklikdən milli ideala doğru
Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… -
Deputat
Kobaxidze Baş nazir vəzifəsində qalacaqmı?
Temperatur 20 dərəcəyə yüksələcək
"Şimali Koreya Rusiyaya artilleriya sistemləri və MLRS-lər verib" -
Xarici KİV
“BakuBus” avtobusu qadını vurdu -
Vəziyyəti ağırdır
Azərbaycan və Pakistan Silahlı Qüvvələr rəhbərləri görüşüblər
General oğluna yüksək vəzifə verildi
Keçmiş sevgilisi azərbaycanlı qadını küçədə öldürdü
Gürcüstan prezident seçkilərinin vaxtını yəqinləşdirəcək
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Əli Əsədov yeni qərar imzaladı
Ağacan Abiyevin vəziyyəti pisləşdi -
Xəstəxanaya aparıldı
Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir –
Bəs Arxitektura Komitəsi hara baxır?
Ərdoğandan xəbərdarlıq:
“Putin buna sərt cavab verə bilər”
Bakıda həbsxanada fırıldaq:
məhbus yoldaşının pullarını görün necə ələ keçirdi
Ukraynaya F-16 təyyarələri verildi
Binəqədi İH niyə məhkəməyə verildi?
PRİZMA
Yeni Azərbaycan Partiyası: Tarixi gerçəklikdən milli ideala doğru
MÜSAHİBƏ
1
2
3
4
5
6
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏCİLİ! Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü -
Rəsmi xəbər
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
TƏHLİL
Qarabağın qədim mədəniyyət mərkəzindən Qafqazın Xirosimasınadək
SOSİAL
1
2
3
4
5
6
Bu tarixədək 300 milyon insan öləcək -
Alimlər
Sabah ölkədə iş günüdür?
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Müharibə veteranlarını
SEVİNDİRƏCƏK XƏBƏR
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Niyam Rəmişin xanımını işdən çıxardıb?