Avropa İttifaqı Azərbaycanla yeni razılaşmaya hazırlaşır

 

Avropa İttifaqı Şurasının müvafiq işçi qrupunda Azərbaycanla yeni razılaşma üzrə mandatın müzakirəsi tam sürətlə davam edir.

Bu barədə APA-ya Aİ-Azərbaycan strateji tərəfdaşlıq sazişinin imzalanması üzrə danışıqların aparılması üçün mandatın verilməsi ilə bağlı Aİ-dən verilən açıqlamada deyilir.

Aİ-dən bildirilib ki, Azərbaycanla 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşmasını əvəzləməyi və hazırki ikitərəfli əlaqələri daha yaxşı nəzərdən keçirməyi nəzərdə tutan yeni razılaşma üzrə danışıqlar aparmaq üçün Avropa Komissiyası tərəfindən ilin əvvəlində razılaşdırılmış mandat məsələsinə dairmüzakirələr aparır: "Bu, Avropa Qonşuluq Siyasəti çərçivəsində bu yaxınlarda nəzərdən keçirilmiş fərqli yanaşma siyasətini önə çıxarır. Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır və biz tezliklə yeni razılaşma üzrə danışıqlara başlamağa ümid edirik”.



Oxşar Xəbərlər

Xəbər lenti