400 min miqrant deportasiya olunacaq

400 min miqrant deportasiya olunacaq
400 mindən çox qanunsuz miqrantın Avropa İttifaqından deportasiya olunacağı gözlənilir.

"Times" qəzeti xəbər verir ki, Avropa İttifaqı ölkələri Nigeriya, Etitreya kimi ölkələrin rəhbərliklərinə xəbərdarlıq ediblər. Məlumata görə, əgər bu ölkələr öz vətəndaşlarını geri qəbul etməsələr İttifaq tərəfindən sanksiyalara məruz qalacaqlar.

Son statistikaya görə isə ilin əvvəlindən sentyabrın sonuna qədər olan müddətdə Avropa İttifaqı ərazisinə 630 min miqrant gəlib. Avropa komissiyasının açıqlamasında isə hazırkı miqrant böhranının İkinci dünya müharibəsindən sonra ən böyük fəlakət olduğu bildirilir.


Oxşar Xəbərlər

Xəbər lenti