Azərbaycan və Rusiya XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə ediblər

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Musavat.com-a verilən xəbərə görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Oxşar Xəbərlər

Xəbər lenti