29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
ABŞ dövlət katibi Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasını başa vuracaq. Bu barədə o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.
73 yaşlı C.Kerri 2013-cü ilin fevral ayından dövlət katibi vəzifəsində çalışır və Barak Obama administrasiyası ilə birlikdə istefaya gedəcək.
Qeyd edək ki, C.Kerri təxminən 30 il ərzində Massaçusets ştatından senator olub. O, 2004-cü ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasından namizəd olsa da, seçkilərdə ikinci müddətə dövlət başçısı seçilən kiçik Corc Buşa məğlub olub.