Türkiyə baş naziri :"Söz veririk ki, xainlər Türkiy:əyə qarşı birləşə bilməyəcəklər"

Türkiyə baş naziri

 

"15 iyul dövlət çevirilişinə cəhd hadisəsi hamımızda dərin izlər buraxıb. Bu, demokratiyaya vurulan zərbə idi. Biz bunu lənətləyirik. Yaralananları və şəhid olanları hörmətlə anırıq".

"Report"un müxbiri xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada, AKP-nin baş ofisində keçirilən "Milli iradənin zəfəri: Tarixə düşən qeyd" adlı konfransda deyib.

"Şəhidlərin yolu bizim yolumuzdur. Onlar bizim yolumuzda can qoydular, Türkiyəni təhlükədən xilas etdilər. İyulun 15-dəki baş verənlərlə bağlı araşdırmalar aparılıb. Meydanlara gedən insanların çoxu həyatının baharını yaşayanlar idi. O gecə hər kəs istəyərək küçələrə çıxmışdılar, bunu Türkiyənin yolunda etmişdilər. Biz onların qarşısında baş əyirik, qürur duyuram ki, Türkiyə vətəndaşıyam. Həmin gün bütün Türkiyə birləşmişdi. Xalq namusunu xainlərə çeynətmədi. Söz veririk ki, xainlər Türkiyəyə qarşı birləşə bilməyəcəklər.

Əmin olun ki, təkcə gələcəyi deyil, keçmişi də aydınladacağıq. Dinimizi, dəyərlərimizi istismar etmək istəyənlərə imkan verməyəcəyik. Narahat olmayın, hadisə ilə bağlı həbs edilənlərin məhkəmələrdə çıxardığı teatrlar nəyisə dəyişməyəcək. Bütün günahkarlar cəzalandırılana qədər bizə yuxu yoxdur. Nə lazımdırsa, edəcəyik. Türkiyənin düşmənlərinə fürsət verməyəcəyik".



Oxşar Xəbərlər

Xəbər lenti