CAR-ın yeni prezidenti and içdi

 

Cənubi Afrika Respublikasının (CAR) yeni prezidenti məlum olub.

"Reuters" xəbər verir ki, keçmiş vitse-prezident Siril Ramaposa parlamentin fevralın 15-də keçirilmiş xüsusi iclasında ölkənin yeni prezidenti seçilib.

S.Ramaposa prezident seçildikdən sonra and içib.

O, korrupsiyaya qarşı var gücü ilə mübarizə aparacağına söz verib.

Qeyd edək ki, CAR prezidenti Ceykop Zuma fevralın 15-də televiziya ilə xalqa müraciətində vəzifəsindən istefa verdiyini açıqlayıb.

Son vaxtlar müxalifət qüvvələri dəfələrlə prezident C. Zumanı və hakim partiyanı dövlət əmlakını talamaqda ittiham edib.

C.Zumanın səlahiyyət müddəti 2019-cu ildə başa çatmalı idi. O, 10 il CAR-ın prezidenti olub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}