Kəmaləddin Heydərov vitse-prezident təyin edildi

 

Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

 

Azərbaycan Taekvando Federasiyasından Modern.az-a verilən məlumata görə, K.Heydərov bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

 

Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır.

 

Belə ki, qitələr üzrə seçilmiş taekvando birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır.

 

Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}