8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ prezidenti Şimali Koreya lideri Kim Çen Inla əldə etdiyi razılığı bir daha müdafiə edib.
Donald Tramp deyib ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə artıq start verilib. ABŞ dövlət başçısı razılığı tənqid edənlərə qəzəbini dilə gətirib. Tənqidçilər Kimlə Tramp arasında əldə edilən razılığın nüvə tərkisilahına kifayət etməyəcəyini bildirir. Sənəddə bildirilir ki, Kim Koreya yarımadasının nüvəsizləşməsi öhdəliyinə sadiq qalacaq. Lakin bunun vaxtı bəlli deyil.
Tramp Twitter hesabında "Yalan xəbərlər” – Trampın xoş olmayan xəbərlər üçün işlətdiyi termin – "bir-biri ilə əlaqəli bir səy içində, mən görüşdüyüm üçün Şimali Koreyaya çox şey verdim”, deməyi çox sevirlər.” Ona görə də onların hamısı məhv olmalıdır! Dünyada sülh üçün çox şey aldıq və daha çox finala əlavə olunacaq. Hətta girovlarımızı/qalıqlarımızı da aldım!” , yazıb.
Sinqapurda imzalanan razılıqda Şimali Koreya lideri Kim Çen In Koreya yarımadasını nüvəsizləşdirilmə istiqamətində "qəti və davamlı öhdəliyini” bir daha təsdiqləyib. ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyanın təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliyini öz üzərinə götürüb.
İmzalanan sənəddə iki ölkənin Koreya yarımadasında davamlı sülhə nail olmaq istiqamətində əməkdaşlıq etməsinə, ABŞ-Şimali Koreya arasında yeni münasibətlərin yaradılmasına və müharibə məhbusları və hərbi üzvlərin azad edilməsinə çağırılır.
Tərəflər danışıqları davam etdirmək üçün təkrar görüşmək barədə də razılıq əldə edib. (Amerikanın Səsi)