8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü, paytaxtın 6-cı mikrorayonunda fiziki şəxs kimi Lombard fəaliyyəti ilə məşğul olan, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçən, VÖEN nömrəsi 1702363372 olan Şamilov Aqil İslam oğlunun sui-etibardan istifadə edərək bir qrup şəxsin 550 min manatını mənimsəməsi iddiası ilə bağlı Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nailə Rasim qızı Xanməmmədova şikayət ərizəsi ilə Bakı Baş Polis İdarəsinə şikayəti əsasında cinayət işi açılıb və artıq istintaq araşdırılması aparılır. Bu barədə redaksiyamıza dələduzluq əməli nəticəsində zərər çəkdiklərini iddia edən şəxslər məlumat veriblər. Müdhiş dələduzluq nəticəsində zərərçəkənlər Ağcabədi rayon, Avşar kənd sakinləri Natiq Edilman oğlu Əliyev, Sərvər Edilman oğlu Əliyev, Elvin Telman oğlu Cəfərov və Bulud İnqilab oğlu Quluyev onların pullarını mənimsəmiş Aqil İslam oğlu Şamilovun əməli ilə bağlı cinayət işinin açılmasında tutduğu prinsipial mövqeyə Bakı Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova təşəkkür edirlər. Müdhiş dələduzluq hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı hazırkı prinsipiallığa davam etdirilsə, çox ciddi məsələlərin üzərinə işıq sala bilər. Belə ki, 550 min manatlıq dələduzluq olayında zərərçəkən şəxslər Aqil Şamilovun qanuna zidd əməllərini himayə etməkdə şübhələdikləri bu şəxsin yaxın qohumu,Vergilər Nazirliyində yüksək vəzifə tutan Mübariz Kazımov adlı şəxsin də fəaliyyətinin araşdırılmasını tələb edirlər. Qeyd edək ki, Aqil Şamilovun fiziki şəxs qismində lombard fəaliyyəti məşğul olması zamanı qanuna zidd əməllərə yol verməsi haqqında, xüsusilə Şamilov Aqil İslam oğlu tərəfindən şəxsi möhrü ilə möhrlənmiş ən azı üç dənə 000086 saylı girov biletin mövcud olması haqqında məlumatı və bu şəxsin fəaliyyətinin Vergilər Nazirliyində yüksək vəzifə tutan yaxın qohumu Mübariz Kazımov tərəfindən himayə olunması ilə bağlı məlumatları araşdırmaq məqsədilə "Yeni Sözçü” qəzeti Vergilər naziri Mikayıl Cabbarova müraciət edib. Bu müraciət qanunveriilikdə nəzərdə tutulan müddətdə araşdırılıb cavablandırılmayacağı tərzdə "Yeni Sözçü” qəzetinin redaksiyası bu məlumatların araşdırılmaıs və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa müraciət edəcək. "Yeni Sözçü” qəzeti