8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ağcabədi rayon, Avşar kndinin bir qrup sakini başda prezident İlham Əliyev olmaqla Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Prezident Adminstarsiyasının rəhbəri Ramiz Mehdiyevə, Baş Prokuror Zakir Qaralova, Daxili işlər naziri Vilayət Eyvazova, Vergilər naziri Mikayıl Cabbarova, Dövlət Təhlükəziliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edərək onların 550 min manatının mənimsənilməsi ilə bağlı şikayətin araşdırılmaısnı nəzarətə götürməyi xahiş edirlər.
Ağcabədi rayon Avşar kənd sakinləri Natiq Edilman oğlu Əliyev, Sərvər Edilman oğlu Əliyev və Bulud İnqilab oğlu Quluyev tərəfindən imzalanan müarciətdə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü, paytaxtın 6-cı mikrorayonunda fiziki şəxs kimi Lombard fəaliyyəti ilə məşğul olan, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçən, VÖEN nömrəsi 1702363372 olan Şamilov Aqil İslam oğlu müdhiş dələduzluq yolu bizim və Xanməmmədova Nailə Rasim qızı, Cəfərov Elvin Telman oğlunun 550 min manatdan artıq pulunu mənimsədiyi qeyd edilir.
Dövlət rəsmilərinə müraciət müəllifləri Xanməmmədova Nailə Rasim qızının Bakı Baş Polis İdarəsinə Şamilov Aqil İslam oğlunun qanunsuz və cinayət xarakterli əməli ilə bağlı yazdığı şikayət ərizəsini nəzarətə götürülməsini xahiş edirlər. Bundan başqa müraciət müəllifləri Aqil Şamilovun qanunsuz və cinayət xarakterli əməllərinin Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Əliyev Zamiq Elxan oğlu tərəfindən himayə edilməsi ilə bağlı məsələnin araşdırılmasını tələb edirlər. Məsələ onadn ibarətdir ki, Zamiq Əliyev zərərçəkənlərdən biri olan Quluyev Bulud İnqilab oğlu ilə bir neçə dəfə əlaqə yaradaraq şikayət etməkdən vaz keçirməyə çalışıb. Hətta müəyyən məbləğin ödənməsi ilə bağlı öz üzərinə öhdəlik də götürüb. Ancaq vəddinə əməl etməyib. Müraciət müəllifləri həmçinin Zamiq Əliyevin Aqil Şamilovun göstərişi ilə hərəkət etməsi, onun əmri ilə ayrı-ayrı şəxslərə təzyiq göstərməsi ilə bağlı çoxsaylı şahidlər olduğunu bildirir və Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Əliyev Zamiq Elxan oğlunun xidməti fəaliyyətinin araşdırılmasnı təmin etməyi xahiş edirlər.
Müraciətdə xüsusi olaraq Şamilov Aqil İslam oğlunun qanunsuz və cinayət xarakterli əməllərini təsdiq edən məlumatlardan bəhs edilir və nümunə kimi ən azı üç dənə 000086 saylı girov bileti mövcud olmasını qeyd edilir. Məsələ ondan ibarətdir ki, Şamilov Aqil İslam oğluna məxsus şəxsi möhür ilə möhrlənmiş ən azı üç dənə 000086 saylı girov bileti mövcuddur. Müraciət müəllifləri ayrı-ayrı tarixlərdə və ayrı-ayrı şəxlərə verilən bu girov biletlərin sənəd saxtakarlığı və vergidən yayınmadan xəbər verdiyini qeyd edir və bütün bu məsələlərin araşdırılmasını xahiş edirlər.
Lombardların vətəndaşların başına sözün əsil mənasında oyun açdığını, bu sahədə ciddi qanun pozuntularının yaşandığını nəzərə alıb, mövzunu diqqətdə saxlamağa çalışacağıq.
A.Aydın,
"Yeni Sözçü” qəzeti