7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 6 gün ərzində sərvətini 800 milyon dollar artırıb.
Sozcu.info modern.az-a istinadən xəbər verir ki, əgər oktyabrın 29-da iş adamının sərvəti "Bloomberg Billionaires İndex”də 20,1 milyard dollar idisə, hazırda bu məbləğ 20,9 milyard dollar təşkil edir. İş adamının sərvəti xüsusən oktyabrın 31-dən noyabrın 1-nə keçən gün kəskin artıb. Uğurlu ticarət dövriyyəsi və "Lukoyl”un səhmlərinin bahalaşması iş adamına 24 saatda 518 milyon dollar sərvət qazandırıb.
Xatirladaq ki, 69 yaşlı iş adamı Rusiyanın 3-cü ən zəngin şəxsidir. Onun prezidenti olduğu "Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.