8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Səhiyyə müəssisələrinin "piştaxta bazarı”na çevrilməsi, az qala adi sidik-qan analizi verməyə xaricə üz tutulması bu günün mövzusu deyil. Bu "bazar”da poliklinikaların özəl özbaşınalıq, korrupsiya payı lap çoxdandandan gündəmdədir. Faktiki olaraq poliklinikaların ayrı-ayrı məqsədlər üçün ödənişli arayış verməkdən özgə bir funksiyası da yoxdur. Ödənişin məbləği isə 5 manatdan 5 min manata kimi dəyişir. Bəli, ƏƏSMN yanında Tibbi Sosial Ekspertiza Mərkəzinə (TSEK) əlilliyin müəyyən edilməsinə "Forma 88” arayışının göndərilməsi bəzən 5 min manatdan da baha başa gəlir...
7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın 3 ildir ağır ürək-tənəffüs çatmazlığı, şəkərli diabet, vərəm xəstəsi olan yataq xəstəsinin (Bədəlov Zahid Xanmalı oğlu) arayışını ƏƏSMN yanında TSEK-ə göndərməkdən imtinasına Ombudsmandan tutmuş bütün dövlət qurumları, hüquq mühafizə orqanları və 4-cü hakimiyyət - media reaksiya verib. Di gəl, hələ də xəstənin sənədləri ƏƏSMN -ə göndərilmir. Baş həkim Ombudsmana, dayısının evində 30 ildir qeydiyyatda olan xəstənin "qonaq” kimi poliklinikada uçota götürüldüyü, Xətai prokurorluğuna yataqdan arayış almağa gəlmədiyi nağılını uydurub və hər iki qurumu nağılına necə inandırıbsa, hələ də tibb müəssisəsinin həkimin uçotunda olan xəstəyə xidmətdən imtinasına hüquqi qiymət verilməsi bir yana, heç "Forma 88”-in ƏƏSMN-ə göndərilməsi də təmin olunmur! (?).
Onu da vurğulayaq ki, Səhiyyə Nazirliyinin özü bir neçə dəfə müvafiq tibbi rəy hazırlayıb, Bakı Baş Səhiyyə İdarəsiniə (BBSİ) xəstənin sənədlərini ƏƏSMN -ə göndərməyə göstəriş versə də, BBSİ rəisi Nelli Veysova və 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova rəhbərliyin göstərişlərini heçə sayıblar.
Bu günlərdə 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın "Forma 88” üzrə daha bir özbaşınalığı üzə çıxıb. 1992-ci ildən 1999-cu ilə kimi 7 il hərbi xidmət əlili olan İlham Ağa-Hüseyn oğlu Ağayevin əlilliyinin bərpası üçün bu ilin iyulunda və sentyabrında iki dəfə 88 saylı arayış ƏƏSMN yanında TSEK-ə göndərilsə də , heç bir əsas olmadan imtina edilib ki, xəstənin müalicəyə ehtiyacı var. Qohumlarının köməyi ilə ƏƏSMN yanında TSEK-ə aparılan xəstənin əyani ekspertizası ona əlillik dərəcəsinin təyin edilməsinə əsas verdiyindən, 3-cü dəfə poliklinikadan göndəriş verilməsinin vacibliyini vurğulayıblar. Di gəl, 3 aydır baş həkim Şəlalə Səfərova "daş atıb, başını tutur” ki, Səhiyyə Nazirliyi, şəxsən nazir Oqtay Şirəliyev 3-cü dəfə "Forma 88” arayışının verilməsini qadağan edib! Nə ƏƏSMN -in tövsiyəsini, nə xəstənin ağır durumunu vecinə alan baş həkim Şəlalə Səfərovanı, görəsən, özbaşınalıqdan kim, hansı hipokrit sığortalayıb?
7 il hərbi xidmət əlili olan İlham Ağayev 1999-cu ildə dolanışıq ucbatından Rusiyada yaşayan qardaşımın yanına gedib və gəlib -qayıtmaq olduqca böyük xərc tələb etdiyindən növbəti 3 ilin "əlillik testi”ndən keçməməsi nədəni ilə əlilliyi ləğv olunub. İndi isə ƏƏSMN yanında TSEK əlilliyi bərpa etməkdə problem olmadığını bildirib, di gəl yeganə problem 7 saylı poliklinika və baş həkimi Şəlalə Səfərovanın özbaşınalığındadır. Ağır qapalı kəllə-beyin travması, asteno-nevrotik sindrom, tez-tez (8-9 dəfə ) təkrarlanan generalizə olunmuş tonik -klonik epileptiform -ürəkgetmə tutmaları , astenik labil ensefalopatiya.... Diaqnozun özü elə vərəqin yarısını tutur və NK-nın "Əlilliyin müəyyən edilməsi meyarlarına dair” Əsasnaməsinin tələbinə uyğun olaraq hətta 1-ci dərəcəli əlillik təyin edilməsi üçün əsasdır.
Tibb və sosial ekspertiza həkim-ekspertləri nə NK qərarını tanıyır, nə də əsasnamə. Tanınan arayışa görə alınan qanunsuz ödənişdir. O da hamıya nəsib olmur. Ödəniş ala bilməyən həkim-ekspertlər nazirdən tutmuş baş nazirə kimi "Forma 88” verilməsinə qadağa qoymalarınaa əsaslanırlar.
Görəsən, "qadağa (əsasnaməsi)” haçan götürüləcək?
Məğrur BƏDƏLSOY
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.