Bakıda "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu " keçirilir - FOTO

 

Dekabrın 20-də Heydər Əliyev Mərkəzində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu " keçirilir. Forumun mövzusu "Gömrük sahəsində islahatlar: "Yaşıl dəhliz” sisteminin tətbiqinin nəticələri və perspektivlər”dir.

Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə nazirlər, dövlət qurumları rəsmiləri, xarici qonaqlar, xarici ticarət iştirakçıları olan sahibkarlar, o cümlədən media mənsubları iştirak edirlər.

Toplantıda Kənd təsərrüfatı naziri İnam Kərimov, AQTA sədri Qoşqar Təhməzli, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasıml, deputat Ziyad Səmədzadə,BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, KOBİA sədri Orxan Məmmədov, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayev, Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova və "Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva çıxış edəcəklər.
Tədbir davam edir.

Nərgiz,
Fotolar: Elçin
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}