Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"2020-ci il yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni, təxminən, 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Tərəfimizdən ərazidə monitorinqlər aparılır. Hazırda sürüşmə prosesi davam edir. Təhlükənin olub-olmaması barədə aidiyyatı qurumlar gəlib baxış keçirib qərar qəbul edəcək”.
Onun sözlərinə görə, yolun hərəkət hissəsinə tökülən kütlə tamamilə götürülməlidir: "Proses tam dayandıqdan sonra nəsə demək olar. Hazırda baş verən sürüşmə prosesi 2018-ci ildə baş verən hissədə yerindən tərpənmiş kütlənin üzərində gedir".
Xatırladaq ki, Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.
***
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi Badamdar şossesində sürüşmə 30 metr ərazini əhatə edir.
Sozcu.info-nun xəbərinə görə, sürüşmə nəticəsində Badamdar yolu bağlanıb və torpaq ərazidəki restoranın divarlarına qədər çatıb.
Hazırda sürüşmə davam edir.
Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.
Sozcu.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, hazırda nazirlik əməkdaşları hadisə yerinə gedirlər: "Hadisə yerinə çatandan sonra bunun sürüşmə və ya uçqun olduğu aydınlaşacaq".
Qeyd edək ki, sözügedən ərazidə sonuncu sürüşmə 2018-ci ildə olub.