Bakı sakinləri polislərə zibil ataraq etiraz etdilər — VİDEO

 

Ölkədə sərtləşdirilmiş xüsusi karantim rejimində Bakı sakinləri polisə qeyri-adi formada etiraz ediblər. 

 

Sozcu.info-nun xəbərinə görə, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsində sakinlərlə polislər arasında qarşıdurma yaşanıb.  Polis əməkdaşları xüsusi karantin rejimi qaydalarını pozan gənc oğlanı maşına oturtmaq istəyir. Paytaxt sakini polisə müqavimət göstərsə də, sonda bir neçə polis onu avtomobilə sala bilir. 

 

Sakinlər iddia edir ki, vətəndaş zibil atmağa çıxarkən polislər onu saxlayıblar. Yaşayış binasının sakinləri isə etiraz əlaməti olaraq, əllərinə keçən tullantıları polis əməkdaşlarına və polis maşınına atıblar. 

 

Həmin görüntüləri təqdim edirik:

  

 

 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}