8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Praktika göstərdi ki, yeni növ koronavirus infeksiyası gözlənildiyindən də təhlükəlidir. Hətta onun yeni növünün mutasiyasından, ikinci dalğanın gələ biləcəyi ehtimalından danışanlar var. Ölkəmizdə də xüsusi karantin rejiminin yumşaldılması və qadağaların xeyli hissəsinin aradan qaldırılması koronavirusa yoluxanların sayında sıçrayışa səbəb oldu. İndiyədək bu prosesdə, yəni koronavirusa nəzarət və onun nəticələrinin aradan qaldırılmasında ciddi uğurlar əldə edən dövlətimiz qadağaların götürülməsindən sonra əhalinin bəzi qisminin məsuliyyətsizliyi, tibbi maska taxmaması, toplu halında gəzməsi, gigiyena qaydalarına əməl etməməsi nəticəsində yoluxma hallarının xeyli artması ilə qarşı-qarşıyadır.
Sozcu.info bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Texniki Universitetinin professoru, politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, belə olan təqdirdə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin yeni sərt qaydalarının tətbiq edilməsinə və həftəsonları evdən çıxma qadağası da daxil olmaqla iri ticarət şəbəkələrindən tutmuş kiçik ticarət və iaşə obyektlərinədək hamısının bağlanmasına qərar verib:
"Bütün bunlar onu göstərir ki, bu xəstəliklə zarafat etmək olmaz. Bununla bağlı söylənilənlərə, deyilənlərə ciddi əməl etmək və onun nə qədər təhlükəli olduğunu dərk etmək lazımdır. Çünki xalq arasında belə bir fikir də yayğındır ki, guya bu, kimlərinsə oyundur, bu əstəlik adi qripdən başqa bir şey deyil və sair. Yəni bu kimi sadəlövh rəylərə rast gəlmək olur. Təəssüflər olsun ki, müəyyən siyasətçilər, dövlət başçıları da məsuliyyətsiz bəyanatları ilə belə nöqteyi-nəzərlərə sanki təkan verirlər. Amma Azərbaycanda son dövrlərdə xüsusi karantin rejiminin yumşaldılmasından sonra virusa yoluxma hallarında sıçrayış olması göstərir ki, bu məsələdə ciddi dövlət nəzarətinə, insanların şəxsi məsuliyyətinə, özlərini qorumasına və tibbi qaydalara əməl etməsinə böyük ehtiyac var”.
Müsahibimiz bildirib ki, proseslərə bu gündən sonra da ciddi nəzarət ediləcək:
"Çünki koronavirusun hələ bir müddət davam edəcəyi, istilərin düşməsi ilə onun azalmayacağı və bunun xüsusi təbiətli bir virus olduğu isbat olunub. Ona görə də bütün xalqımıza müraciət edərək bildirmək istəyirəm ki, diqqətli olsunlar, tələb edilən tibbi maskaların taxılması, sosial məsafənin saxlanılması, bir-biri ilə ünsiyyətdə olarkən əllə görüşmək, öpüşmək və sair bu kimi yaxın təmaslardan qaçsınlar. Evə gələrkən də gigiyena qaydalarına ciddi əməl etsinər. Əllərini təmiz yusunlar, imkan daxilində spirtləsinlər. Çünki çox güman ki, biz ilin axırınadək bu virusla yaşamalı olacağıq”.