8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şəki Şəhər İcra Hakimiyyətində video-konfrans şəklində müşavirə keçirilib.
Müşavirədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər Bələdiyyəsinin sədri, xidmət təşkilatlarının rəhbərləri və inzibati ərazi dairələri üzrə icra nümayəndələri iştirak etmişdir.
Video-müşavirədə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 1 may tarixdə keçirilən iclasının qəbul etdiyi qərar barədə ətraflı məlumat verib. Operativ Qərargahın yeni növ koronavirus(COVİD-19) infeksiyası ilə bağlı respublikadakı mövcud sanitar-epidemioloji vəziyyəti, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini təhlil edərək xüsusi karantin rejiminin 31 may 2020-ci il saat 00:00-dək uzadıldığını, virusa yoluxma və xəstələrin sağalma dinamikasını nəzərə alaraq tətbiq edilən məhdudiyyətin yumşaldılmasına dair müvafiq qərar qəbul etdiyini bildirib.
İcra hakimiyyətinin başçısı xüsusi karantin rejimi müddətində koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Şəki şəhəri üzrə Operativ Qərargahın yaradıldığını, şəhər ərazisində, eləcə də kənd və qəsəbələrdə, mərkəzi küçə və prospektlərdə aparılan dezinfeksiya işlərinin xüsusi qrafik üzrə həyata keçirildiyini bildirib. Həyata keçirilmiş qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Şəkidə bu günə qədər koronavirusa yoluxma halı aşkar edilməmişdir. Karantin dövründə Şəkidə yaşayan aztəminatlı ailələr üçün dövlət və hüquqi şəxslər tərəfindən ərzaq yardımları paylanılmış, həmin ailələr daim diqqətdə saxlanılmışdır. İcra hakimiyyətinin başçısı icra hakimiyyətinin nəzdində yaradılmış monitorinq qruplarının işinin gücləndirilməsi, insanların sıx toplandığı ərazilərdə dezinfeksiya işlərinin davam etdirilməsi, yeni yaradılmış ictimai iş yerləri və sosial müdafiəyə ehtiyacı olan ailələrə paylanan yardımlarla bağlı araşdırmaların aparılması, bu sahələrdə hər hansı neqativ hal aşkarlanarsa dərhal müvafiq tədbirlərin görülməsi barədə tapşırıq vermişdir.
Video-müşavirədə iştirak edənlər çıxış edərək öz fəaliyyət sahələri üzrə yeni növ koronavirus(COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində gördükləri işlər və həyata keçirilən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat vermişlər.
Sonda Elxan Usubov video-müşavirə iştirakçılarını xüsusi karantin rejimində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasından arxayınlaşmamağa çağırmış, sanitariya-gigiyena qaydalarına bundan sonra da ciddi əməl edilməsinə nəzarət işlərinin və profilaktik tədbirlərin davam etdirilməsi barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.