8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şikayətçilər Yol tikintisində “yeyilən” milyonların araşdırılmasını tələb edirlər. Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən Ağcabədi rayonun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi zamanı yol verilən pozuntularla bağlı “Yeni Sözçü” qəzetinə daxil olan məlumatlar əsasında hazırlanan “Yol tikintisində “yeyilən” milyonlar” başlıqlı məqalədə Şükür Astanovun rəhbərlik etdiyi 6 saylı Regional Yol İstismar İdarəsinin qanunsuz əməllərindən söhbət açılırdı.Redaksiyamıza daxil olan məlumata görə, Ağcabədi rayonun Avşar kəndinin bir qrup sakini Şükür Astanovun rəhbərlik etdiyi 6 saylı Regional Yol İstismar İdarəsinin qanunsuz əməlləri və Avtomobil Yolları Dövlət Agentliyinin bu hallar göz yumması ilə bağlı Baş prokuror Kamran Əliyevə müraciət ediblər.Müraciətdə deyilir: “Möhtərəm prezidentimiz İlham Əliyev ötən ilin iyun ayında Ağcabədi rayonun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalamışdı. Sərəncamda nəzərdə tutulan tikinti işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 6 saylı Regional Yol İstismar İdarəsinə həvalə edilib. Bu idarə isə Avşar kəndinə kimi olan 5.6 km yolun düz yarısı – 2.8 km köhnə yolun üzərinə yeni asfalt salınmaqla aparılır. Bundan başqa, yenicə tikintisi həyata keçirilmiş yolda çökmələr müşahidə olunur. Bununla bağlı Avşar Bələdiyyəsinin sədri Bulud Quliyev bizim müraciətimiz üzrə tikinti işlərinin bərbad vəziyyəti ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə müraciət edərək yol verilən pozuntuların araşdırılmasını yoxlamağı xahiş etmişdi. Hətta bu məqsədlə Avşar Bələdiyyəsinin sədri bir ay əvvəl Bakıya gedərək Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevlə görüşmüş, Avşar kənd sakinlərinin şikayətlərini çatdırmışdır. Hüsnü Quliyev tədbir görəcəklərini vəd etsə də, bir ay keçməsinə baxmayaraq heç bir tədbir görülməyib”. Müraciət müəllifləri Ağcabədi rayonun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisində yol verilən pozuntularla bağlı mətbuatda geniş məlumatların yayılmasından sonra da Avtomobil Yolları Dövlət Agentliyinin heç bir tədbir görülməməsini cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndirlər. Sonda müraciət müəllifləri Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisində baş verən pozuntuları araşdırmasını, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Hüsnü Quliyevin fəaliyyətinin araşdırılmasını xahiş edirlər. Ağcabədi rayonun Avşar kəndinin bir qrup sakini Baş prokuror Kamran Əliyevə müraciətindən ciddi araşdırmaların aparılacağına ümid edirlər. Çünki söhbət milyonlarla manat dövlət vəsaitinin taleyindən gedir.