Çörəyin əsassız bahalaşdırılmasının qarşısını almaq məqsədilə monitorinqlər aparılır

Çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər aparılır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.
Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.
İstehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmək tövsiyə olunur.





Oxşar Xəbərlər

Xəbər lenti