15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
Masallı sakini itkin düşüb.
Rayonun Təklə kəndində doğulmuş, hazırda Xoşçobanlı kəndində qeydiyyatda olan Məmmədova Ramilə Əsədxan qızı 2011-ci ilin oktyabr ayında yaşadığı evdən çıxıb, indiyədək geri qayıtmayıb. Yaxınları əvvəlcə onun Rusiya Federasiyasına getdiyini zənn etsələr də, sonradan belə olmadığı məlum olub.
Ramilə Məmmədovanın əlamətləri belədir: Boyu 148 sm, orta bədən quruluşlu. Evdən çıxarkən əynində ağ-qara rəngli ətək, mavi rəngli köynək və qara rəngli yay ayaqqabıları olub.
Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. (APA)