1-05-2024, 15:56
30-04-2024, 14:08
18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsinin gecikdiyi iddia edilir.
Sozcu.info xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə çoxlu sayda məlumat daxil olub.
Bildirilib ki, hər ayın 24-ü verilən pensiya və bu tipli sosial müavinətlər bu ayın 27-si olmağına baxmayaraq hələ də verilməyib.
Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq.
Qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, burada gecikmə anlayışı doğru yanaşma deyil. Sosial ödənişlərin verilməsi tarixi qabaqcadan hər aya görə təyin olunur:
"Hər ay üçün sosial müavinətlərin ödənildiyi bəlli bir tarix var. Bu tarixdə ödənişlər edilir. Ay bitmədiyi üçün hələ, bu, gecikmə deyil. Ay ərzində pensiya və sosial ödənişlərin verilməsi nəzərdə tutulur".