Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Uşaqları soyuqda çöldə saxlayırlar: BAĞÇALARDA ÖZBAŞINALIQ
Kapitalizm dövrünün tələblərinə uyğun olaraq günün yarıdan çoxunu iş başında keçiririk. Bu isə işdənkənar zəruri işləri vaxtında yerinə yetirə bilməməyimizə, uşaqlara zaman ayıra bilməməyimizə səbəb olur.
Bu gün gərgin iş rejimində çalışan insanlar uşaqlarını dövlət və ya özəl bağçalara qoymaq məcburiyyətində qalır. Bəs görəsən, bu bağçalarda uşaqlara qarşı münasibət necədir?
Sozcu.info
xəbər verir ki, oxucularımızdan gələn şikayətlərdən birində Arifə Mikayılova yazır ki, beş dəqiqə gecikən kimi uşaqları soyuqda qapının ağzında saxlayırlar:
"Yoldaşım da, mən də işləyirik. Hər gün tezdən uşaqları Sumqayıt şəhərində yerləşən 62 saylı "Cırtdan” körpələr evi-uşaq bağçasına gətirirəm. Uşaqlar bağçaya saat 09:00-a qədər gəlməlidir. 5-10 dəqiqə gecikən kimi uşaqları soyuqda qapının ağzında saxlayırlar.
O gün səhər beş dəqiqə gecikmişdim, 15 dəqiqə qapı döymüşəm ki, uşaqları qoyum. işə gedim. Həm uşaqları soyuqda saxlayıb xəstələndirirlər, həm də valideynləri yubadırlar. Bizimlə bərabər neçə valideyn uşaqları ilə qalmışdı qapıda. Gördülər, açmırlar, naəlac çıxıb getdilər. Koridordan keçənlər eşidir, amma özlərini eşitməzliyə vururdular.
Onu da deyim ki, ciddi qayda-qanundan danışırlar, amma bağçanın direktorunu heç vaxt işdə görmədik. Nə vaxt direktorla görüşmək istədiyimi desəm, hələ gəlmədiyini deyirdilər. Saat 11:00-dan tez gəldiyini görməmişəm ki, problemimi deyim. Bağçada baş tərbiyəçi kimi çalışan Tağıyeva Günel qapını açıb dedi ki, içəridə komissiya var, siz gecikmisiniz, içəri buraxa bilmərik.
İşdən çıxanda yolu nəzərə alıb çalışıram tez çıxım ki, uşaqları vaxtında götürüm. Yolların vəziyyətindən danışmağa dəyməz, hamı bilir ki, pik saatlarda tıxac olur. Bir az gecikirsən, yenə həmin şey. Bu dəfə də uşaqlar çöldə, soyuqda qalır. Uşaqları soyuqda saxlamaq nə qədər doğrudur? Xəstələnsələr, bir şey olsa, valideynlərə kim cavab verəcək?”
Eyni problemlə əlaqədar Bakıda fəaliyyət göstərən bir çox özəl və dövlət bağçalarından da zaman-zaman şikayətlər eşidirik.
Bu səbəbdən oxu.az olaraq qərara gəldik ki, məsələni araşdıraq.
Valideyn şikayət edir ki, uşaqları çöldə saxlayıb xəstələndirirlər.
Tərbiyəçilər də şikayətlənir ki, iş saatları baxəmından gecikən valideynləri gözləyə bilməzlər. Bəs bu sistemin bir balansı olmalıdır, yoxsa yox? Bu qayda-qanunlar necə tənzimlənir? Valideynləri gecikən uşaqların aqibəti necə olmalıdır?
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanunun 3.9-cu maddəsində qeyd olunub:
"3.9. Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən, pedaqoji şura tərəfindən müəyyənləşdirilir”.
Təhsil üzrə ekspert Elvin Bədirov deyir ki, bu problemlərin yaranmasının məktəbəqədər təhsil müəssisələrinə nəzarətin müvafiq İcra Hakimiyyətlərinə verilməsindən sonra başlayıb:
"Məktəbəqədər təhsil müəssisələrinin İcra Hakimiyyətlərinin inhisarında saxlanılması kökündən yanlış addımdır. Nəzarət Təhsil Nazirliyindən alınıb İcra Hakimiyyətlərinə verilən vaxtdan bu və digər problemlərin sayı artıb. Bu günə qədər bağçalarda heç bir inkiaf yoxdur. Bu məsələ təcili şəkildə Təhsil Nazirliyinin aidiyyəti qurumlarına təhvil verilməlidir. Bağçalarda gecikmələr, valideynlərin və tərbiyəçilərin narazılığı isə başadüşüləndir.
Xarakter baxımından gecikmə məsləsi bütün azərbaycanlılara xas keyfiyyətdir. Amma nizam-intizam qaydaları da hər bir müəssisədə eyni deyil. Hər bir bağçanın özünün nizam-intizam qaydaları var ki, buna uyğun addımlar atılmalıdır. Bu cür problemlərin hər hansı kəskin qadağalarla aradan qaldırılması mümkün deyil. Nazirlər Kabinetinin müvafiq qanununa əsasən, məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına uyğun şəkildə sistemləşdirilməlidir.
Qarşıdan qış gəlir. Bu məsələyə bağça rəhbərliyi tərəfindən güzəşt edilməlidir, əks təqdirdə uşaqların sağlamlıqları ilə bağlı çox ciddi problemlər hələ bundan sonra üzə çıxacaq. Paralel olaraq bağça rəhbərliyi bu işi tənzimləyən zaman müəllimlərin, tərbiyəçilərin iş qrafikinə də dəyişiklik edəcəyi üçün məsələyə ciddi yanaşılmalıdır.
Bu, o demək deyil ki, müəllimlər iş saatından sonra oturub vəziyyətdən sui-istifadə edən valideynləri gözləməlidir. Ona görə də bu məsələyə nəzarətin birbaşa Təhsil Nazirliyinə verilməsini təklif edirəm.
Təhsil Nazirliyinin hazırlayacağı bəlli standartlar çərçivəsində bağçaların fəaliyyətinə dair qaydalar tənzimlənərsə, nə gecikmə, nə cədvəllərin hazırlanması ilə bağlı problem olar, nə də rəhbərliklə valideynlər arasında anlaşılmazlıqlar yaşanar”.
Məsələyə rəsmi münasibət almaq üçün məktəbəqədər təhsil müəssisələrinə nəzarət edən qurumlarla da əlaqə saxlamağa çalışdıq. Bakı Şəhər İcra Hakimiyyətinə təbe olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirdilər ki, hazırda bu vəzifəyə təyinat yoxdur. İdarədə rəisi əvəz edən Eldar Yunusovla danışmağa çalışsaq da, bizi nə dinləyən oldu, nə də geri zəng edən.
Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə məsələyə münasibət bildirəcək məsul şəxsin və ya əvəzləyici mütəxəssisin olmadığını dedi.
Xatırladaq ki, şikayət məhz Sumqayıt şəhərindən fəaliyyət göstərən 62 saylı uşaq bağçasından idi. Nəzarətin olmaması da problemlərin mövcudluğunu və özbaşınalığın mümkünlüyünü bir daha təsdiq edir.
Oxşar Xəbərlər
Azərbaycanda anadan olmuş qadın Ermənistana deportasiya edildi
Siqaret qədər ziyan verən qazlı içkilər - “Uşaqlara içirməyin!...”
Bakıdakı bağçada uşaqları döyən tərbiyəçi azadlıqda - VİDEO
Məmurların pullu biznesi - uşaqlardan yığılan milyonlar
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq