“Dövlət bağçalarında aylıq ödəniş nəzərdə tutulmur” - BŞİH-in Aparat rəhbəri

“Dövlət bağçalarında aylıq ödəniş nəzərdə tutulmur” - BŞİH-in Aparat rəhbəri

 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev dövlət bağçalarında valideynlərdən aylıq ödənişlərin alınmasına münasibət bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib ki, dövlət bağçalarında aylıq ödəniş nəzərdə tutulmur.

Aparat rəhbəri qeyd edib ki, Bakıda məktəbəqədər təhsil müəssisələrinə qəbul elektron qayadada həyata keçirildikdən sonra şəffaflıq təmin ediləcək: 

"Bakı Şəhər İcra Hakimiyyətinə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı müəyyən şikayətlər daxil olur. Vətəndaşlar müəssisəyə müraciət edirlər və bəzi hallarda qərəzli şəkildə "yer yoxdur” cavabı alırlar. Elektron formata keçdikdən sonrabunun qarşısı alınacaq, bu sahədə tam şəffaflıq olacaq. Yəni, vətəndaşlar elektron qaydada müraciət edəcəklər, uşaqlar növbəlilik əsasında qəbul olunacaqlar. Şəffaflığı inzibati üsullarla təmin etmək olmur. Ona görə də elektron formanın tətbiqi məqsədəuyğun hesab edilir”.

E.Həbibullayev qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin inkişafı ilə bağlı işlər görülür: 

"Bu müəssisələrdə vətənpərvərliyin təbliği önəmli məsələlərdəndir. Bilirsiniz, bağçalarda vətəndaşının yetişməsinin əsası qoyulur. Bundan sonra əsasən uşaqların fiziki inkişafına önəm veriləcək. Həmçinin uşaqların qidanlanmasına da ciddi nəzarət ediləcək. Müəssisə rəhbərlərinə təlimat kitabçaları paylanılıb. Biz bunu paylamaqla kifayətlənməyəcəyik, həyata keçirilməsinə də ciddi nəzarət edəcəyik”.

O, məcburi köçkünlərin yerləşdirildiyi bağçaların qeydiyyatının aparıldığını bildirib: "Hazırda Bakıda 720 məcburi köçkün ailəsi bağçalarda yerləşdirilib. Həmin bağçaların qeydiyyatı aparılıb, müvafiq işlər tədbirlər görüləcək. Yaxın vaxtlarda bu məsələ həllini tapacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti