ABŞ telekanalı: “Putin Suriyada nəyin bahasına olur-olsun, qələbə əzmindədir” –Təhlil

ABŞ telekanalı: “Putin Suriyada nəyin  bahasına olur-olsun, qələbə əzmindədir” –Təhlil

 

Suriya hökumət qoşunları Hələbi almağa yaxındır ki, bu da bütünlükdə münaqişəyə ciddi təsir edəcək. ABŞ-ın BMT-dəki keçmiş daimi təmsilçsi Con Bolton
 hesab edir ki, buna görə də Rusiya və Suriya xarici qüvvələrə şəhərdəki duruma təsir etmək imkanı vermir. O, Fox News
-un efirində ki, məsuliyyətin bir hissəsi Vladimir Putinlə Bəşər Əsədin bu müharibəni udmadğa nə qqeyd etdi ədər qəti şəkildə kökləndiklərini vaxtında dərk etməyən ABŞ-ın da üzərinə düşür.

Rusiya ABŞ-ı Suriya hökumət qüvvələrinin üzərinə hər hansı hücumdan çəkindirərək bildirib ki, bu cür müdaxilə təkcə Suriyada deyil, həm də bütövlükdə bölgədə "dəhşətli tektonik nəticələrə səbəb ola bilər”. Belə çıxır ki, Vladimir Putin Putin bizə əkilmək əmri verir, halbuki kütləvi qətllər və ağlasığmaz qətliam davam edir. Bu, bitəcəkmi?

ABŞ-ın BMT-dəki keçmiş daimi təmsilçisi, Amerika biznes institutunun baş elmi əməkdaşı, həmçinin FOX News-un analitiki Con Bolton bizə qoşulur.

-Cənab səfir, bu mövzunu artıq müzakirə etmişik. Söhbət ağlasığmaz, miqyası dəyərləndirilməsi mümkünsüz humanitar fəlakətdən gedir. Hospitallar bombardmana məruz qalır, evlər dağılır, şəhər sakinləri hücum hədəfinə çevrilir. Fransa və Təhlükəsizlik Şurasındakı başqa ölkələr deyir ki, Rusiya və Suriya hərbi cinayət törədir. Hesab edirsinizmi ki, Vladimir Putin indi hərbi cinayətlərdə günahkardır?

-Belədir ki, var və dinc əhaliyə hücum nəzərə alınsa, bunu indi dəqiq demək olar. Rusiya və Suriya rejimləri etiraz edir ki, müxalif qüvvələr bütün şəhərə səpələnib və bəlkə də, elə belədir. Lakin münaqişə bu cür miqyaslarda humanitar fəlakətin səbəbinə çevrilir və həm də xarici qüvvələr az şey edə bilir. Bu isə hələ beş il əvvəl münaqişənin lap başlanğıcından götürülmüş siyasi kursun iflasından xəbər verrir. Əsəd hazırda praktik olaraq lap əvvəldən qarşısında duran strateji vəzifənin yerinə yetirilməsinə yaxındır və düşünürəm ki, artıq heç nə vəziyyəti dəyişə bilməz.

-Hesab edirsinizmi ki, şəhər külə dönəndən və sakinləri qətlə yetiriləndən sonra suriyalılar Hələbi döyüşlə geri ala bilər?

-Ola bilər. Onlar şəhərdəki qoşunları təcrid ediblər və artıq qeyd etdiyiniz kimi, şəhərdən çıxmaq imkanı veriblər. Hesab edirəm ki, onların yerinə mən olsaydım, Əsəd rejiminə bir zərrə də inanmazdım. Ona görə də düşünürəm ki, rejim qoşunları üstün gələnə kimi vəziyyət davam edəcək. Bu onların mövqeyini ciddi şəkildə möhkəmləndirəcək və Rusiya, İran və "Hizbullah”a növbəti vəzifəni icra etməyə imkan verəcək. Həm də bu nəticə müxalif güclərin iflasını əks etdirəcək və ümumən Suriya münaqişəsinə çox güclü təsir edəcək.  

-Biz bu cür durumu artıq görmüşük: Putinin Çeçenistandakı fəaliyyətini.  2000-ci ildə "The Observer” Çeçenistanın 343 günahsız sakininin qətlini araşdırıb. Humanitar konvoylara zərbə ednirilib – eyni şeyi indi də görürük.  Və biz gücsüzük. Təhlükəsizlik Şurasının toplantılarında nə deyirlər, desinlər, dünya baş verənləri dayandırmaqda iqtidarsızdır. Bütöv ailələr işıqsız evlərində gizlənib, onları bombardman edirlər və əslində, onlar sadəcə gözləyirlər ki, nə vaxt öldürüləcəklər.

-Gəlin, təmiz söhbərt edək. Təhlükəsizlik şurası bu cür vəziyyətlərdə tamamilə faydasızdır, çünki kimsə hansısa addımı atmağa qərar versə, Rusiya veto hüququndan istifadə edə bilər. Ona görə də BMT-nin qatı tərəfdarlarının bu dərsi mənimsəməyi lazımdır. Amma hesab edirəm ki, məsuliyyətin bir hissəsi Vladimir Putinlə Bəşər Əsədin bu müharibəni udmadğa nə qədər qəti şəkildə kökləndiklərini vaxtında dərk etməyən ABŞ-ın da üzərinə düşür. Bunu əvvəllər demişəm və yenə də təkrar edirəm: Barak Obama söz dünyasında yaşayır. Vladimir Putin güc dünyasında yaşayır və Suriyada qalib gəlir.



Oxşar Xəbərlər

Xəbər lenti