8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
regionların öz potensiallarına uyğun inkişafından danışmaq mümkün deyil.
Faktiki olaraq rayonlarda əsasən icra başçıları və onun çevrəsinin biznesi inkişaf edə bilir. Son illərdə həbs olunan ona yaxın icra başçısının dosyesində onların rəhbər olduqları rayonlarda kənd təsərrüfatından tutmuş, sənaye istehsalına qədər çoxsahəli biznes subyektlərinin olduğuna dair konkret faktlar, rəqəmlər əksini tapır. İcra başçıları rayonlarda öz bizneslərinə üstün şərtləri təmin etmək üçün ən müxtəlif qanunsuzluqlara gedirlər: məhdud su resurslarını öz əkinlərinə yönəltməkdən tutmuş, rayonda iş qurmaq istəyən, yaxud onun diqqətini cəlb edən sahədə artıq işləyən sahibkarları sıxışdırıb kənara atmağa qədər...
Belə bir şəraitdə necə olur ki, rayonlar özlərini maliyyələşdirə bilirlər?
Hurriyyet.az bildirir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin “Yeni Müsavat”a dediyinə görə, rayonların mərkəzi büdcədən dotasiya almamasının səbəbini tapmaq üçün ilk növbədə “Azərbaycanda "dotasiyasız bölgə" adlandırmaq üçün meyar necədir"? sualını cavablandırmaq lazımdır: “Bizim hökumətin meyarı belədir ki, ixtiyari bir rayonda (şəhərdə) toplanan vergilər yerli icra hakimiyyəti orqanlarının, onların sərəncamındakı mənzil-istismar sahələrinin saxlanmasına kifayət edirsə, həmin inzibati ərazi avtomtik olaraq maliyyə müstəqilliyi olan, "dotasiyasız bölgə" statusu qazanır. Hazırda Azərbaycanda 65 rayon və şəhərdən 58-ni hökumət tam maliyyə müstəqilliyi qazanmış elan edib.
açıqlanıb. Cəmi iki il əvvəl inzibati rayonların təxminən yarısı özünü maliyyələşdirmək iqtidarında olmayıb.
Məlumdur ki, son üç ilə yaxın dövrdə pandemiyanın yaratdığı çətinliklər ölkənin iqtisadi inkişafını əngəlləyib, neftin qiyməti kəskin ucuzlaşıb, regionlara sərmayələr azalıb, iş yerləri, məşğulluq imkanları məhdudlaşıb. Regionlara az-çox gəlir gətirən turizm sektoru isə ümumiyyətlə, böhran keçirib. Bu şərtlər daxilində rayonlar hansı mənbələr hesabına öz maliyyə müstəqilliklərini təmin edə biliblər? Necə olub ki, 70 milyard manatdan çox vəsait bölgələrin iqtisadi inkişafını təmin edə bilmədi, amma son 2 ildə regionlar dotasiya asılılığından qurtuldular"?
R.Ağayevin fikrincə, rayonların maliyyə müstəqilliyini qiymətləndirərkən metodoloji yanaşma önəmli məsələdir: “Rayonların maliyyəcə müstəqilləşməsi iki cür baş verə bilər . Ya rayonlar daha çox gəlir əldə edib, öz xərclərini ödəyirlər, nəticədə mərkəzləşmiş büdcədən vəsait almırlar. İkinci halda isə rayonlarda bir çox xərclər rayon icra hakimiyyətlərinin xərc səlahiyyətlərindən çıxır və mərkəzi büdcənin hesabına keçir. Bu halda gəlirlər artmır, amma guya maliyyə baxımından müstəqilləşir. Bu halda xərclər yerlərdən mərkəzi büdcənin səlahiyyətinə keçir. Bizdə ikinci hal baş verib. Yəni son illərdə hökumət bir çox xərc səlahiyyətlərini bölgələrdən alıb. Məsələn, son 4-5 ilə qədər rayonlarda orta təhsilin xərcləri rayon icra hakimiyyətlərinin səlahiyyətində idi. Məlumdur ki, təhsildə regional mərkəzlər yarandı və onlara paralel regional hesablama mərkəzləri təsis edildi. Beləliklə, orta təhsilin bütün xərcləri icra hakimiyyətlərinin nəzarətindən çıxarıldı. Bundan başqa, Mədəniyyət Nazirliyinin yerli şöbələri ləğv edildi və regional bölmələr yarandı. Bu halda da mədəniyyət xərcləri yerli idarəetmədən çıxdı və mərkəzləşmiş xərclərə aid edildi. Bu ildən uşaq bağçaları da yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinə verildi. Bu o deməkdir ki, uşaq bağçalarının saxlanması xərcləri də icra hakimiyyətlərinin büdcəsindən çıxarılır. Beləliklə, rayonların xərc səlahiyyətlərinin müstəqilləşməsi belə təəssürat yaradır ki, rayonlar özünü təmin edir, müstəqilləşiblər. Əslində isə bu gün rayonlara orta təhsil, mədəniyyət, sosial müdafiə, səhiyyə, kənd təsərrüfatı xərcləri ayrılmaqda davam edir. Amma bu gün heç bir mənbədə belə məlumat tapa bilməzsiniz ki, mərkəzi xərclər nəzərə alınmaqla rayonların büdəcədən asılılıq səviyyəsi nə qədərdir”.R.Ağayev bildirir ki, regional xərclər dedikdə cəmi 2 xərc maddəsi nəzərədə tutulur: “Bura mənzil istismar sahələrinin və icra hakimiyyəti aparatının saxlanması xərcləri daxildir. Yəni ”özünü təmin edir" deyəndə bu 2 xərc maddəsinin ödənməsi nəzərdə tutulur. Rayonlarda yollar çəkilir, fermerlərə subsidiyalar ödənilir, səhiyyə, təhsil, mədəniyyət və s. xərclər əvvəlki qaydada davam edir. Bunları nəzərə alanda vəziyyət necə olur?"