Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə layihəsi

Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə layihəsi

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci il birinci qrant müsabiqəsi çərçivəsində müxtəlif istiqamətlərdə yerli QHT-lərin aktual layihələrini maliyyələşdirir. "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə "Yeni iş yerlərinin yaradılması istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsiadlı dördaylıq layihəsi ilə qalib gələn Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyi bu günlərdə, icra planına uyğun olaraq, fəaliyyətinə start verib.

Bu haqda SİMİB Analitik-İnformasiya Xidmətindən verilən məlumatlara görə, təşkilatın bu yeni layihəsi müasir dövrün tələb və dəyərlərinə uyğun olaraq, mədəniyyət sənayesini - kreativ biznes sahələrini əhatələməklə, yeni innovativ iş yerlərinin yaradılması ilə bağlı təşəbbüslərin reallaşdırılmasını, fərqli sahibkarlıq fəaliyyətlərinin formalaşmasını dəstəkləyir.

Son illər dünyada baş verən iqtisadi böhran və dəyişikliklər, İK texnologiyaları, süni intellektin sürətlə inkişafı, ənənəvi iş yerlərinin yeni, fərqli – innovativ-kreativ fəaliyyət növləri ilə əvəzlənməsi, Azərbaycanda qeyri-neft sektorunun inkişafına dair ölkə Prezidenti İlham Əliyev cənablarının imzaladığı proqramlar, regionların iqtisadi cəhətdən inkişaf etdirilməsiylə əlaqədar dövlətimizin apardığı davamlı siyasətini dəstəkləmək layihənin əsas məqsədlərindəndir.

Bu baxımdan kreativ sənayemizin müxtəlif sahələrinin inkişafına təsir göstərə biləcək intellektual-mədəni nəşrlər və elektron resurslarının hazırlanması, onların  İnternetdə - sosial şəbəklələrdə dəstəklənməsi, Azərbaycan əyləncə-istirahət mədəniyyətinin dünyaya çıxararaq xarici vətəndaşların ölkəmizə turist axınına təkan verməyi nəzərdə tutan innovativ layihə, yerli xüsusiyyətləri nəzərə almaqla, sözügedən sahələrə fərqli yanaşmaları əsas götürür, bu istiqamətdə bacarıqlarının beynəlxalq standartlara yaxınlaşmasının təbliğinə istiqamətlənib. Müxtəlif tədbirlər vasitəsilə mədəniyyət sənayesinin - kreativ biznesin yeni formaları sayılan növlərinə daha innovativ-yaradıcı yanaşmanın vacibliyini önə çəkməklə, bu sahələrdə çalışan müxtəlif peşə sahiblərinə tanıtmaq, intellektual-elmi, kulturoloji-kreativ materiallardan, virtual məhsullardan ibarət resursların yaradılması da nəzərdə tutulur. Paytaxt Bakıda və qismən İnternet üzərindən bölgələrdə onların tanıdılması, sosial şəbəkələrdə məxsusi olaraq PR-nın aparılması nəzərdə tutulur.  Layihə çərçivəsində kreativ biznesin elmi-təcrübi tərəflərindən ibarət rəqəmsal nəşrlərin, digər audio-vizual, virtual məhsulların yayımı, təbliği, eləcə də bu sahələrdəki problemlərin araşdıraraq cəmiyyətin müzakirəsinə çıxarması nəzərdə tutulur.

Sirr deyil ki, post-neft erasında yeni biznes sahələri sürətlə həyatın, iqtisadiyyatın  müxtəlif sahələrinə nüfuz etməyə başlayıb. Qlobal geo-iqtisadi tələblərdən çıxış edərək respublikamızda son zamanlar qeyri-neft sahələrinin inkişafına xüsusi diqqət ayrılır. Bu istiqamətdə aparılan dövlət siyasətinə dəstək olaraq, layihə gəlirli sahələrdən sayılan kreativ biznes, mədəniyyət və incəsənətin müxtəlif qollarını əhatələyən yeni sahələrin inkişafına təkan verəcək. Məlumdur ki, ölkəmizdə  kreativ sənayenin inkişafı son illərdə sürətlənsə də, onun ayrı-ayrı sahələri hələ də yetərincə inkişaf etməyib.

Şou-biznes, televiziya-kino, klip-reklam, telesseriallar, konsert və kütləvi tədbirlər, restoran-əyləncə, moda-geyim, suvenir-hədiyyə kimi sahələrini inkişaf etdirməklə, mədəni biznes iqtisadiyyatımızın əsas gəlir mənbəyinə çevrilə bilər. Mədəniyyət sənayesinin iqtisadi, maliyyə, sosial, bazar, marketinq, mədəni yanaşma, hüquqi tərəflərlə bağlı bəzi problemlər var ki, onlar vaxtında aradan qaldırılmasa, qonşu ölkələrə rəğmən, Azərbaycanda bu gəlirli sahə ləng inkişaf edəcək. Respublikamızda hələ də turizmə əyləncə sahəsinin bir forması – ekskursiya və səyahət hadisəsi kimi fərdi-maliyyə hadisəsi kimi yanaşma, düşüncə mövcuddur.

Kreativ biznesin ən çox inkişaf etmiş sahələri ölkəmizdə hələ də lazımınca tədqiq olunmayıb, onunla bağlı elmi-kütləvi vəsaitlər hazırlanmayıb. Mədəniyyət sənayemiz İnternetdə, xüsusən də virtual aləmdə, sosial şəbəkələrdə yetərincə təbliği, tanıtımı təşkil edilməməsi, sahəvi-elmi ədəbiyyatların elektron variantların hazırlanmaması, müəyyən mənada, yeni iqtisadiyyatın bu yüksəkgəlili növünün inkişafında problemlər yaradır.

Kreativ sənaye hazırda çağdaş dünyanın bir saylı vizit sahəsi sayılır: Nobel mükafatı, Oskar mükafatı, Avrovizion yarışmalarını xatırlamaq kifayət edər. Dünya ölkələrində yaşayan milyonlarla xarici vətəndaşlar müxtəlif ölkələrin milli mədəniyyəti, xalqın həyatını məhz fərdi və qrup halında səyahət etməklə tanımağa, öyrənməyə çalışırlar. Bu tanışlıq zamanı isə nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, həmçinin, 55 milyonluq soydaşlarımız qiyməti baha olan, tirajı məhdud kağız nəşrlər deyil, elektron resurslarda, e-kitabxanalarda sərbəst istifadəyə verilmiş e-kitablara tələbat duyurlar. Kreativ sənaye və mədəni biznesə həsr olunmuş praktik çap və vizual vəsaitlərin sosial şəbəkələr, İnternet resurslarında yerləşdirməklə, bu sahədəki nisbi boşluğu doldurmaq mümkündür. Azərbaycan çağdaş mədəniyyətinin və incəsənətinin səviyyəsi haqqında müxtəlif dillərdə yaradılan audio-vizual, tanıtım xarakterli video materialları, təbliğati məhsularını sosial şəbəkələr, videopaylaşım platformaları, kompyuter və smartfonlar üçün ayrıca proqram əlavələri, səhifələr hazırlayıb geniş kütlələrin istifadəsinə verməklə, bu istiqamətdəki boşluqları doldurmaq mümkündür.

Xarici və daxili kreativ industuriyasında çalışan peşəkarlar əksər hallarda sahəvi ədəbiyyat, təcrübələrin paylaşılması, müxtəlif dillərdə İnternet resursları və e-nəşrlərin azlığıyla rastlaşırlar. İnternetdə, elektron kitabxana və sosial şəbəkələrdə kreativ biznes və mədəniyyət sahələri barədə həqiqətləri əks etdirən kitabların, nəşr məhsullarının elektron variantları məhdud saydadır. Sistemsiz halda İnternetdə yerləşdirilən, yaxud azsaylı elektron – rəqəmsal bu qəbil intellektual-kulturoloji, kreativ materialların toplanaraq bir elektron resursda cəmlənməsi, onlardan ibarət e-kitab sərgisinin təşkili və İnternetdə, sosial şəbəkələrdə ədəbi-mədəni, kultruroloji-kreativ texnologiya - insanları birləşdirən mənəvi-mədəni dəyərlər toplusu kimi təbliğ olunmasına böyük ehtiyac var.

Ölkəmizdə və xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə, eyni zamanda, dünyanın müxtəlif universitetlərinin, milli diaspor mərkəzlərinin, xaricdəki səfirliklərimizin kitabxanalarında Azərbaycanın müxtəlif sivilizasiyasların mövcud olduğu qlobal qədim mədəni məkan kimi tanıdılması ilə bağlı resurslara, eləcə də dəyərli e-kitablara, elektron nəşrlərə ciddi ehtiyac hiss olunur. Kreativ mədəniyyət, mədəni biznes sahəsinə aid dəyərli elektron nəşrlərin şəbəkə üçün hazırlanması, virtual resurslarda yerləşdirməklə ictimaiyyətə təqdimatına, sosial şəbəkələrdə e-sərgisinə və mütəmadi tanıtımına, təbliğinə ehtiyac duyulur. Yeni iş yerlərinin, innovativ biznes ideyalarına dair müxtəlif elmi-sahəvi, mədəni biznes , kreativ-kulturoloji bilgilərlə bağlı elmi-intellektual nəşrlərin azlığını aradan qaldırmaq üçün dünyanın və Azərbaycanın tanınmış peşəkarların, alimləri və yazarlarının əsərlərindən ibarət elektron kitabxana bölümünün hazırlanması, həm də yuxarıda sadalanan istiqamətlərdəki boşluqları, qismən də olsa, doldurmağa yönəlib.

Layihə kreativ biznes sahəsində yeniliklərlə bol modellərin ölkəmizdə də inkişafına xidmət edəcək kreativ-innovativ təşəbbüslərin dəstəklənməsi ilə yanaşı kreativ biznes və mədəniyyət sahələrində yeni iş yerlərinin açılmasını təşviqinə yönəldilib.

Yazılı və elektron KİV-də gedən materiallar, İnternet və sosial şəbəkələrdəki müzakirələr, müxtəlif informasiyalar Azərbaycanın mədəniyyət industiriyasında və mədəni biznes sahələrindəki boşluqlar, ölkəmizdə gənclər arasında yeni iş sahələrinə maraqların cəmlənməsi, müxtəlif səbəbdən yaranan işsizlik kimi aktual problemləri üzə çıxarmaqla cəmiyyət qarşısında innovativ təşəbbüslərlə çıxış etmək vacibdir. İnternet və TV-lərdəki sosial yönümlü verilişlərdə göstərilənləri, sosial şəbəkələrdə müzakirələri xatırlamaqla yanaşı, rəsmi məlumatlardakı statistik faktları analiz etmək kifayətdir ki, məsələnin ictimai əhəmiyyəti, sosial-iqtisadi mahiyyəti, cəmiyyətimiz üçün aktuallığı aydın olsun.  

Kreativ bizneslə məşğul olan mütəxəssislər, praktiki olaraq mədəniyyət sənayesi sahəsində çalışan peşəkarların aparılan uzunmüddətli müsahibələr, müzakirələr, monitorinqlər, eləcə də sosial mediadakı onlayn və oflayn sorğular, mətbuatda gedən, TV-lərdə göstərilən materialların araşdırılması göstərir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da iqtisadiyatın kreativ-innovativ istiqamətlərdə inkişafına, təbliğinə, təşviqinə, tanıdılmasına xüsusi ehtiyac duyulur. İqtisadiyyat mütəxəssisləri bu yeni gəlirli sahələrə indiyə qədər elə də əhəmiyyət vermədiklərinə görə, son illərdə genişlənən mədəniyyət sənayesi respublikamızda zəif inkişaf edir. Onun da əsas səbəbi fundamental araşdırmalar aparılmaması, geniş fəaliyyət proqramlarının hazırlanmaması, ciddi – elmsal proqnozların müəyyənləşdirilməməsidir. Ölkəmizdə bu sahədə nə e-kitab, səsli – audi nəşrlər, mədəni iqtisadiyyatdan daha çox bəhrələnməli olan əlillər üçün məxsusi rəqəmsal məhsullar, nə onlayn-oflayn elektron kitabxana, nə də virtual – İnternet kitab satışı təşkil olunmadığına görə, vətəndaşlarımız fərqli, innovativ sahələrdən gəlir qazana bilmir, dünyada sürətlə inkişaf edən kreativ biznesdən kənarda qalıblar. Son 10-15 ildə xaricdə elektron kitab, səsli rəqəmsal məhsullar, e-kitabxana, İnternetüstü e-nəşr və virtual satış kimi yeni kreativ-innovativ təşəbbüslər, kreativ biznesin - mədəniyyət sahələrini əhatə edən yaradıcılıq sənayesi dünyanın hər yerində sürətlə inkişaf edərək incəsənətlə, bədii yaradıcılıqla məşğul olan şəxslərin maddi rifahını yüksəltməyə xidmət etsə də, bizim yaradıcı adamlarımız hələ də köhnə metodlarla mədəniyyətimizi inkişaf etdirməyə çalışırlar. Halbuki bu sahədə nəhəng iqtisadi və biznes imkanlar mövcuddur.

Azərbaycanın iqtisadi inkişafı yüksəldikcə, insanlarımızın sosial rifahı gücləndikcə vətəndaşlarda rahatlıq, arxayınlıq, daha böyük komfortlara üstünlük verilməsi kimi cəhətlər də artır. Milli-mənəvi dəyərlərimizin ictimaiyyətin müxtəlif dairələrinə təsirinin öyrənilməsi, cəmiyyətimizi zənginləşdirən mənəvi meyarların populyarlaşdırmaq üçün kreativ biznes sahələrini inkişafına xüsusi önəm verilməlidir. Bunun üçün müxtəlif qruplar arasında məsələlər ətrafında araşdırmalar aparılmalı və mövcud durum təhlil edilməlidir.

Ölkəmizdə mədəniyyət sənayesi – kreatv biznes sahələrinin inkişafına təsir göstərə biləcək intellektual-kreativ resursların hazırlanması, İnternetdə - sosial şəbəklələrdə dəstəklənməsini qarşısına məqsəd qoyan innovativ layihədə yerli xüsusiyyətləri nəzərə alınır, kreativ yanaşmaları əsas götürülür, bu sahədəki bacarıqlarının beynəlxalq standartlara yaxınlaşmasını təbliğ edir. Bakı və müxtəlif yerlərdə təşkil olunacaq tanıtım tədbirləri vasitəsilə iqtisadiyyatımızın az inkişaf etmiş bölgələrlə nisbətən çox inkişaf etmiş bölgələrində çalışanlar arasında  təcrübə mübadiləsinə şərait yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində bu sahələrdəki boşluqları doldurmaqla, eyni zamanda, gənclər üçün müasir Azərbaycan və dünya kreativ biznes sahəsində mini-kitabxana, sosial şəbəkələrdə isə e-kitabların davamlı şəbəkə sərgisini təşkili nəzərdə tutulur. İnternet və sosial şəbəkələrüstü mədəni biznes sahəsinin təcrübəli mütəxəssisləri öz təcrübələrini bölüşəcək, çağdaş dünyada bu sahədə gerçəkləşdirilən mədəni-kreativ biznes texnolojiyalarını öyrənilməsinə, analizinə xüsusi önəm veriləcək.

Layihə sadalanan məsələnin həlli istiqamətində bəzi problemlərin ictimailəşdirilməsini qarşısına məqsəd qoyduğundan, bu sahənin mütəxəssislərin təcrübələrini birləşdirməyi, ictimai müzakirələrin genişlənməsini, kreativ biznes üzrə ədəbiyyatların nəşrini, təcrübələrin paylaşılmasını dəstəkləyir. Qarşıya qoyulan məqsədləri həyata keçirmək üçün aşağıdakı vəzifələr müəyyənləşdirilir:

1. Kreativ biznes, mədəni iqtisadiyyat sahəsində yeni iş yerlərinin yaradılmasını təbliğ etməklə iqtisadiyyatımızın innovatif istiqamətinin inkişafını dəstəkləmək;

2. Mədəniyyət industriyasının – mədəni sənayenin yeniliklərinə maraq göstərən kreativ düşüncəli mütəxəssislərin iştirakı ilə dəyirmi masa və təqdimatlar formasında təcrübə mübadiləsi aparılacaq, qazanılan uğurlar, praktik bacarıqlar öyrəniləcək, problemlər müzakirəyə çıxarılacaq;

3. Əlil vətəndaşlarımız, xüsusən də bölgələrdə yaşayan və dünyaya səpələnmiş diasporumuzun nümayəndələri üçün mədəniyyət sənayesinə aid kreativ-innovativ, virtual-kulturoloji e-resurs yaradılacaq, onların inkişafına, zənginləşmasinə, yayılmasına və hazır kreativ məhsullarla xaricilər arasında tanınmasına nail olunacaq;

4. Dünyanın aparıcı dillərində Azərbaycan, onun kreativ sənaye imkanları, multikultural dəyərləri, mədəni-coğrafi sərvətləri, tarixi, mətbəxi, incəsənəti və s. potensialları haqqında yeni formatlı e-kitablara, anadilli elektron nəşr məhsullarına tələbatını nəzərə alıb, elektron kitabxana resurslarının zənginləşdirilməsi üçün işlər görüləcək;

5. Anadilli qlobal informasiya resurslarının genişləndirilməsi kimi yeni innovativ vasitələrlə ölkəmizdə kreativ-mədəni turizmin müxtəlif qollarının inkişafına xidmət edəcək fərqli təşəbbüslərin dəstəklənməsi nəzərdə tutulur;

6. İnternetdə - sosial şəbəkələrdə kreativ-innovativ fəaliyyətləri təşviq etməklə gənclərin işsizlik problemlərini aradan qaldırmaq, mədəni biznesdə - mədəniyyət sənayesində yeni iş yerlərinin açılmasını sürətləndirəcək;

 7. Real və virtual formada kreativ-innovativ təşəbbüsləri  dəstəkləməklə maraqlı tərəflərin günümüzün tələblərinə uyğun fəaliyyətlərinin istiqamətlərini dəyişdirərək faydalı əməklə məşğuı olunmasını situmullaşdırılacaq;

8. Kreativ – mədənibiznesinin oturuşmasına nail olmaq üçün innovativ aksiyalara  başlanılacaq;

9. Əsas hədəf bu istiqamətdə aparılan işlərdə yeni nəsil nümayəndələrinin iştirakını təmin etmək, İnternet və qlobal elektron resurslarda, sosial şəbəkələrdə təbliğatında gənclərin rolunun artmasına nail olmaq, bu yöndə yeni formaların axtarılaraq tapılmasına, həyata keçirilən rəsmi dövlət proqramlarının geniş ictimaiyyət tərəfindən tanıdılmasıdır.

Layihədə qarşıya qoyulan məqsədə çatmaq üçün  cəmiyyətimizin milli-mənəvi, kreativ iqtisadi-biznes dəyərlərinin gücləndirilməsini, gənclər arasında təbliğini və populyarlaşdırılması yollarının araşdırılmasını əsas vəzifə olaraq qəbul edilir.

Daxili və xarici kreativ biznes  sahələrinin peşəkarları, bölgələrdə yeni iş yerləri yaratmaq istəyən vətəndaşlarımız, kreativ gənclər, bloqerlər, sosial şəbəkə istifadəçiləri, KİV nümayəndələri, İKT və nəşriyyat işçiləri, diaspor və xarici mədəniyyət mərkəzlərimizin üzvləri, yeni formatlı iş yerləri axtaranlar, mədəniyyət sənayesi ixtisası üzrə oxuyan tələbələr, təşkilat üzvləri layihədən bəhrələnəcəkləri planlaşdırılır.Fəaliyyət istiqaməti cəmiyyətin bütün sferalarını, eləcə də virtual alətlər vasitəsilə dünyada yaşayan soydaşlarımızı əhatə edir. Daxili və xarici turizm biznesi ilə məşğul olan iş adamları ilə apardığımız söhbətlər, bu mədəni biznes faktına –fərqli düşüncəsini kreativ – innovativ formata çevirənlər, son vaxtlar ənənəvi iş yerlərinin bağlanması nəticəsində zəmanənin tələblərinə adamtasiya oluna bilmədiklərinə görə, sosial-iqtisadi cəhətdən əhalinin həssas qrupuna yaxınlaşan şəxslərin təşkilatımıza ardıcıl müraciətləri nəticəsində belə bir ideyanın reallaşmasını əsaslandırdı.

Bakı və Sumqayıt şəhəri, eləcə də İnternet  və sosial şəbəkələr vasitəsilə Azərbaycanın hər yeri, 55 milyonluq soydaşımızın yaşadığı dünyanın istənilən ölkəsi, turizm sahəsinin potensial inkişafında maraqlı ola biləcək məkanlar.Azərbaycanda, Bakı və Abşeron rayonunda, eləcə də yazılı və elektron KİV, İnternet və sosial şəbəkələr, elektron kitabxanalar vasitəsilə virtual resurslarda.Ölkəmizin mənəvi-mədəni mərkəzi, adət-ənənlərimizi tədqiq edən estetik-ideoloji mərkəzlər, əsasən, Bakıda yerləşir. Eyni zamanda qonşu ölkələrdə yaşayan azərbaycanlılar və dünyanın hər yerinə səpələnən soydaşımız da Azərbaycan paytaxtı vasitəilə maarifləndiyinə görə layihə məhz bura fokuslanıb. Təşkilatın dövlət qrantları hesabına bu istiqamətdə həyata keçirtdiyi ardıcıl fəaliyyəti, layihələri bir daha sübut edir ki, müasir dünyada olduğu kimi, mədəni və əyləncə sektoru - kreativ sahələr mədəni biznesə transfer etməsə, iqtisadi potensiallardan yararlanmaq mümkün olmayacaq: bu məsələdə isə əsas fokus peşəkarlar üçün innovativ alətlər, kreativ formatlar yaratmaqdır.

Fəaliyyət planına uyğun olaraq aşağıdakı istiqamətdə işlərin görülməsi nəzərədə tutulur:

 1. Layihənin fəaliyyətinə cəlb olunacaq könüllülərin seçilməsi, texniki-yaradıcılıq problemlərin həlli, peşəkar mütəxəssis, müəlliflərlə əlaqələrin yaradılması. Kreativ biznes və mədəniyyət sənayesi ilə bağlı vəsaitlərinin e-nəşrə hazırlanması, rəqəmsal kitabların elektron nəşri. Kreativ biznesinin iqtisadi-mədəni tərəflərinə aid, bu sahələr üzrə elmi-populyar ədəbiyyatların təbliğatı istiqamətində fəaliyyyətlərin təşkili.
2. 10 elektron kitab hazırlamaq. İnternet resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə Azərbaycanda kreativ biznes, mədəni sənayesinin inkişafına həsr olunmuş sahə ədəbiyyatlarının geniş ictimaiyyətə və oxuculara  tanıtmaq məqsədilə "Kreativ Biznes Mərkəzi”nin (innovativ məsafəli tədris kursu, sosial şəbəkələrdə qrup və ayrıca mini e-kitabxana) yaratmaq və fəaliyyətinin təşkili.
3. "Kreativ-mədəni biznes" mövzusunda populyar-kütləvi toplunun nəşri və yayımı nəzərdə tutulub. Kitab 50 səhifədən yuxarı, 400 tirajla çap olunacaq. 500 tirajla buklet nəşri və yayımı layihə ideyalarının geniş ictimaiyyətə çatdırılmasına xidmət edəcək. Bakıda və Sumqayıtda geniş ictimaiyyət, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda tanıtım tədbirlərinin təşkili, dəyirmi masa və müzakirə materiallarının vizual formada hazırlanması planlaşdırılır.
4. Kreativ biznesə aid e-kitabların virtual sərgisinin təşkili: sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə innovativ formalarda yayımının və genişləndirilməsi. İnternetdə və müxtəlif sosial şəbəkələrdə Azərbaycanda kreativ biznes sahələri vasitəsilə gəlir əldə olunmasını təşviq edən əsas metodları tanıtmaq və təbliğ etmək nəzərdə tutulur.
5. TV və radiolarda, KİV-də, mətbuatda, İnternetdə, yeni mediada innovativ-kreativ təbliğat işlərinin,  Bakı və Sumqayıt şəhərlərində tanıtım tədbirlərinin keçirilməsi, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün kreativ-innovativ fəaliyyətlərin qurulması, layihənin sonrakı mərhələsinin hazırlanması, monitorinqini keçirilməsi və nəticələrini qiymətləndirilməsi, KİV-də media-aksiyaların təşkili görüləcək işlər sırasındadır.

Fəaliyyət çərçivəsində aşağıdakı müsbət nəticələr əldə ediləcəyi gözlənilir:

-Layihənin fəaliyyətinə cəlb olunacaq könüllülər sonradan peşəkarlaşaraq özlərinə kreativ biznes sahələrində yeni iş yerləri tapa biləcəklər.

-Mədəniyyət sənayesi - kreativ və mədəni bizneslə bağlı vəsaitlərinin e-nəşrə hazırlanacaq, turizmlə bağlı rəqəmsal kitabların elektron variantları geniş ictimaiyyətin istifadəsinə veriləcək.

- Mədəni industriya, mədəniyyət sənaye –kreativ biznesinin iqtisadi-mədəni tərəflərinə aid, bu sahələr üzrə elmi-populyar ədəbiyyatların təbliğatı istiqamətində fəaliyyyətlərin öz bəhrəsini verəcək.

- İnternet və qlobal informasiya resurslarında, elektron kitabxanalarda və sosial şəbəkələrdə Azərbaycanda kreativ biznesin inkişafına həsr olunmuş sahə ədəbiyyatlarının geniş ictimaiyyətə və oxuculara tanıdılacaq.

- Qarşıya qoyulanməqsədləri həyata keşirmək üçün "KreativBiznes Mərkəzi” təşkil olunacaq. Orada innovativ məsafəli tədris kursu, sosial şəbəkələrdə qrup və mini e-kitabxana yaradılacaq və onlarn fəaliyyətləri təşkil olunacaq ki, bu da öz növbəsində, mədəni iqtisadiyyatın elmi-intellektual tərəflərinin möhkəmlənməsinə səbəb olacaq.

-İnternetdə və müxtəlif sosial şəbəkələrdə Azərbaycanda mədəni sənayesi – kreativ biznesin müxtəlif sahələri vasitəsilə gəlir əldə olunmasını təşviq edənəsas metodları tanıtmaq və təbliğ etmək üçün alətlər, platformalar yaradılacaq.

- Bakıda, eləcə də Abşeron rayonunda geniş ictimaiyyət, gənclər və tələbələr arasında, müxtəlif qurumlarda tanıtım tədbirlərinin təşkil ediləcək, onların və virtual  dəyirmi masa və müzakirələr materiallarının vizual formada hazırlanaraq ictimaiyyətin istifadəsinə veriləcək.

-Sosial şəbəkələrdə, o cümlədən Feysbukda ayrıca bir səhifədə layihədə görülən işlərin tanıtımı və təbliği üçün kreativ biznesə aid e-kitabların virtual sərgisi düzənlənəcək. Yeni resursun, silsilə e-kitabların hazırlanması, İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə innovativ formalarda yayımının və genişləndirilməsi turizm sahəsinə xeyir verəcək.

-  TV və radiolarda, KİV-də, mətbuatda, İnternetdə, yeni mediada innovativ-kreativ təbliğat işlərinin, PR aksiyalarının təşkili, Feysbukda layihədə görülən işlərin, eləcə də başqa sosial şəbəkələrdə e-kitabların yayılması üçün kreativ-innovativ fəaliyyətlərin qurulması bu sahələrdəki boşluqları qismən də olsa, dolduracaq.

- Layihənin həyata keçirilməsi nəzərdə tutulan məkanlarda fəaliyyət göstərən rəsmi və ictimai təşkilatlarda, KİV mərkəzlərində, ali məktəblərdə, elmi mərkəzlərdə və s.  Azərbaycan milli dəyərlərin qorunması, inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadilələri, diskussiyalar aparılacaq, görüş və tanıtım məclisləri keçiriləcək;

- Yazılı və elektron KİV, yeni mediada media-aksiyaların təşkil ediləcək.

Layihənin icrası nəticəsində müraciət etdiyiniz problemlə əlaqədar baş verə biləcək dəyişikliklər bunlardır: 1. Mədəni biznes sahələrində fərqli kreativ-innovativ təşəbbülərin reallaşdırılmasına təkan veriləcək; 2. Kreativ biznesi – mədəniyyət sənayesində yeniliklərlə maraqlanan əlaqədar peşəkar şəxslər və qurumlar maariflənəcəklər; 3. Mədəniyyət və kreativ biznes mütəxəssisləri ilə İKT peşəkarları arasında sıx işgüzar münasibətlər qurulacaq. 4. Azərbaycanda kreativ biznes və mədəni sənaye zamanın tələblərinə uyğun yeni canlanma veriləcək; 5. Yeni formatlarda  elektron kitab, e-kitabxana, İnternetüstü onlayn-oflayn innovativ aksiyalar genişlənəcək; 6. Kreativ bizneslə bağlı innovativ iş yerləri, fərqli kreativ qazanc mənbələri formalaşacaq; 7. Qlobal İnformasiya Məkanında Azərbaycandilli elektron resurslar zənginləşəcək: elektron kitabxanadakı e-nəşrlərin sayı artacaq; 8. İnternet və sosial şəbəkələrin intellektual-elmi resursları artacaq, yeni iş qurmaq istəyən gənclərdə və tələbələrdə, eləcə də onların əcnəbi həmyaşıdlarında, xaricdə yaşayan soydaşlarımızın arasında, Azərbaycan turizm biznesinə maraq artacaq və s.

Yeni dövrün tələblərinə uyğun milli-mənəvi dəyərlərimizin zənginləşməsi istiqamətində yaradıcı insanlar tərəfindən müxtəlif formatlı materialların kreativ biznes məhsulları olaraq hazırlanmasını həvəsləndirmək və bunların İnternet resurslarında, sosial şəbəkələrdə yayımını təşkil ediləcək.Müxtəlif - real və virtual formada kreativ-innovativ təşəbbüsləri  dəstəkləməklə, günümüzün tələblərinə uyğun mənəvi-biznes düşüncəmizin zənginləşdirilməsi situmullaşdırılacaq. Yeni innovativ üsullarla - çalışmaq vərdişlərinin, bacarıqlarının formalaşdırılacaq, kreativ biznes məsələlərinə həsr olunmuş təbliğati istiqamət daha da zənginləşdiriləcək

Əldə edilən nəticələr geniş ictimaiyyət arasında vurğulanan məsələlərə diqqəti artıracaq. Azərbaycan mənəvi dəyərlər sisteminin kreativ biznes məhsullarına və XXI əsrdə qəbul edilən formatlarda haqqında müxtəlif təsəvvürlərə malik olacaqlar. Gənclərimiz bu dəyərlərimizin ən yaxşı tərəflərini tanıyacaq, onların faydalı cəhətlərindən xəbərdar olacaqlar. Xüsusilə gənc nəsil kreativ biznes – mədəni sənaye haqqında geniş məlumat ala biləcək, onun müxtəlif istiqamətlərini tanımaq imkanını qazanacaq. Bu mövzuda əldə edilmiş bütün qənaətlərin KİV-də təbliğinin həyata keçirilməsi bu istiqamətdə atılmış önəmli addımlardan biri olacaqdır.

Yaxın gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə, kreativ biznes məsələlərinə, problemlərinə aid xüsusi elektron resursun, e-kitabxananın, eləcə də şəbəkə nəşrlərinin yayımını özündə birləşdirəcək yeni resursların yaradılması nəzərə alınır. Virtual məkanda mədəniyyət sənayesi və kreativ biznes sahələrinn müxtəlif tərəfləri haqqında elmi-kütləvi, peşəkarlaşmağa yardımçı olan sahəvi elektron kitab istehsalı, yayımı, istifadəsi daha da genişləndiriləcək.

Eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji  şəbəkələrə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Sonuncu mərhələ kimi - layihə bitdikdən sonra da sosial şəbəkələrdəki innovativ aksiyalar ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyətgöstəriləcək. Kreativ biznesi sektoru, müxtəlif nəsil peşəkarları, tədqiqatçıları, QHT-ləri əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, intellektual əlaqələr yaradılacaq. Azərbaycanda kreativ-mədəni biznesin inkişafı xaricilərin arasında milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərimizin, sərvətlərimizin tanıdılması, dünyada yayılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.

Təşkilat əvvəllər də həyata keçirdiyi layihələrdə kreativ biznesin inkişafı və yeni iş yerlərinin yaradılması sahəsindəki müəyyən boşluqları doldurmağa yönəlib. İnternetdə və sosial şəbəkələrdə Azərbaycandilli açıq resurs olaraq ölkəmizin və dünyanın aparıcı nüfuzlu ali təhsil ocaqlarının, beyin mərkəzlərinin, mədəniyyət qurumlarının, yazılı və elektron KİV orqanlarının mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilib. İndiyə qədər kreativ innovasiyalar, elektron kitab və İnternetüstü aksiyalarımız yerli və beynəlxalq mükafatlara, diplomlara layiq görülüb. Bir çox mənbələrdə virtual resurslarımız şagirdlərin və tələbələrin istifadəsi üçün tövsiyyə olunan qlobal şəbəkə resursu kimi göstərilib.

Kreativ biznes, mədəniyyət sənayesi sahəsinin innovativ formatlarına aid bir neçə layihəmiz, aksiyalarımız, TV proqramlarımız  Bakıda və bölgələrdə, eləcə də İnternet resurslarında, sosial şəbəkələrüstü həyata keçirildiyindən geniş ictimai maraq kəsb edib. Gördüyümüz işlər, fəaliyyətimiz cəmiyyətdə böyük əks-səda yaratmış, orta və ali təhsil ocaqları, dövlət və özəl qurumlar, mədəniyyətyönümlü QHT-lər tərəfindən indiyə qədər faydalanılır. KİV-dəki çoxsaylı məlumat və materiallar, eləcə də ekspertlərimizin çıxışları bir daha sübut edir ki, cəmiyyətimiz üçün faydalı olan işlər ortaya qoymağı bacarmışıq.

Gerçəkləşdiriləcək layihə istənilən vaxt geniş ictimai-mədəni monitorinq üçün açıq olacaq. Turizm və İKT qurumları, yaradıcı innovativşəxslər, ali təhsil ocaqlarında çalışan, turizm elmlərini araşdıran alimlər və mütəxəsislər monitorinqin işinə cəlb olunması nəzərdə tutulur.

Gələcəkdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə, turizmin kreativ təbliğinə aid xüsusi e-kitabxananın, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək yeni saytların yaradılmasına şərait yaratmaq üçün görülən işlərin ekpertiziyasına böyük ehtiyac duyulur.

Yaradılacaq şəbəkə resursları, rəqəmsal nəşrlərin keyfiyyəti və sanballığı, innovativ təbliğat metodları xarci analoqlarıyla müqayisə edilməsinə üstünlük veriləcək.

Layihə başa çatdıqdan sonra ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası və əlaqədar qurumlara layihənin nəticələri haqqında ətraflı hesabat-arayış təqdim ediləcək, Şuranın mühasibatlıq sektoruna isə maliyyə hesabatı təqdim ediləcək. Eyni zamanda AR Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), KİV, İnternet portalarına və geniş ictimaiyyətin nümayəndələrinə geniş məlumatlar, hesabatlar təqdim ediləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, elektron kitabxanalar, iqtisadiyyat qurumları istənilən formada layihənin ictimai  monitorinq aparılmasına şərait yaradılacaq.Həyata keçiriləcək layihənin icrası və nəticələri haqqında mütəmadi olaraq mətbuat və elektron KİV vasitəsilə məlumat veriləcəkdir. İB-in saytından  layihə haqqında lazım bilinən informasiyaları almaq olar. Yazıçılar, şairlər, mütəxəssislər, QHT nümayəndələri, gənclər və dövlət orqanları nümayəndələrinin iştirakı ilə bütövlükdə layihənin nəticələri ilə bağlı tədbir keçiriləcək. Layihənin icrası, alınan nəticələrin ictimailəşməsi sözügedən sahəyə ictimai diqqətin daha da artmasına təkan verəcək və cəmiyyətdə yeni-yeni ideyaların ortaya çıxmasını stimullaşdıracaq.

Yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də saytında yerləşdiriləcək. ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli QHT Forumu, orta və ali hərbi məktəblər, KİV, İnternet, sosial media,  elektron kitabxana kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.

 Ayxan Əbilli, SİMİB-nin üzvü, bloqer

Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti