8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclası keçirildi.Halbuki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənilər istəyirdi ki, Azərbaycanın Laçın dəhlizini guya blokadaya almasını və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə nail olsunlar, ancaq özləri məğlub oldular.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 16 avqust 2023-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair verdiyi bəyanatında da qeyd olunur ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu.Həmin iclasda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyev çıxış edərək, Ermənistanın beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışdı. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniya olduğunu söylədi.Görünür, 1988-ci ildən başlayaraq torpaqlarımızı işğal edən Ermənistan, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamənin - 822, 853, 874 və 884 qəbul olunmasını və eyni zamanda həmin qətnamələrdə erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarının birmənalı şəkildə tələb olunmasını unudublar. Elə bu unutqanlığın nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük Vətən savaşında Azərbaycan dövləti Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini təkbaşına icra etməklə bərabər, həm də tarixi ərazilərimizi erməni işğalından azad edib, beynəlxalq ədaləti bərpa etdi. Bəli, Vətən müharibəsində Azərbaycanın 30 il həsrətində qaldığı tarixi əraziləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu azad etdi, əsl tarix yazdı. Vətən torpaqlarını mənfur ermənilərdən azad edərkən cəsur, igid, qəhrəman oğullarımızdan şəhadətə ucalanlar da oldu.Təhlükəsizlik Şurasının iclasında diplomat Yaşar Əliyev sərhəd-buraxılış məntəqəsinin yaradılmasının mülki əhalinin Laçın yolu ilə gediş-gəlişinə mane olmadığını, 2023-cü il iyunun 15-dək bu cür hərəkətlərin sayının faktiki olaraq nəzərəçarpacaq dərəcədə artdığını diqqətəçatdırdı. Daha sonra qeyd etdi ki, Laçındakı sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb. “Laçın dəhlizi” Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstra teritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib.İclasda diqqətçəkən məqam odur ki, Yaşar Əliyev qətiyyətlə bildirdi ki, “Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, daxili işlərimizə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma danışıqlarına səmimi şəkildə qoşulmalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir.”Beləcə, Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyevin timsalında Azərbaycan diplomatiyası parlaq qələbə çalaraq, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan dövlətini haqq səsiylə məğlub etdi.
Arzu Məmmədova
Suraxanı Rayonu, 226 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info