8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Döyüş meydanındakı məğlubiyyətlə barışa bilməyən ermənilər öz havadarlarına arxalanıb diplomatik arenada müəyyən üstünlük əldə etməyə çalışmaqdan əl çəkmək istəmir. Ancaq bir məqamı nəzərə almır ki, Azərbaycan dövləti həm regionda həm də dünyanın siyasi platformasında sözünü deyə biləcək gücdədir. Biz dövlət olaraq ermənilərin bu ucuz siyasi oyunlarına yerində cavab veririk. Nəticədə BMT TŞ-nin 16 avqust tarixində keçirilmiş növbədənkənar iclası ermənilərin son ümidlərini də puça çıxardı. İclasın gedişində aparılan dinləmələr bir daha təsdiq etdi ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan başqa bir şey deyil. Ermənistan bu iclasda Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağın erməni sakinlərini aclıqla soyqırımına məruz qoymasını rəsmiləşdirərək ölkəmizə qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın-Xankəndi yolunun beynəlxalq gücdən istifadə edərək açılmasına çalışdı və növbəti dəfə ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, əlbəttə ki, Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin daha bir təntənəsidir. Ermənistan və arxasında duran bəzi siyasi qüvvələr bu dəfə də ağır diplomatik məğlubiyyətə uğradılar. 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayan Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək torpaqlarını işğal altında saxlayan, bütün mədəni-tarixi abidələri vandalcasına dağıdan Ermənistan qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. Əslində heç kimə sirr deyil ki, “humanitar” adı altında yenidən bölgəyə silah-sursat soxmağa cəhddən başqa bir şey deyildir.Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi. Konkret olaraq Ermənistanın BMT-yə Qarabağda humanitar böhran iddialı müraciətinə əsasən avqustun 16-da bu qurumun Təhlükəsizlik Şurasında keçirilmiş müzakirənin nəticəsini hərbi məğlubiyyətdən də ağır məğlubiyyət kimi qiymətləndirmək olar. Bəli, nəinki İrəvanın, eləcə də xaricdəki ermənipərəst qüvvələrin gözləntiləri puç oldu. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hər hansı beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endi. Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax adlı dövlət qurumu olmayacaq.ABŞ, Türkiyə, Rusiya, Çin, Yaponiya nümayəndələrinin müzakirədəki mövqeyini İrəvan üçün ciddi siqnal saymaq mümkündür. Bu çıxışlar göstərdi ki, Ermənistanın ətrafında böyük ajiotaj qaldırdığı Qarabağda humanitar böhran şousuna birmənalı yanaşma yoxdur. Dünyanın aparıcı qütbləri prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyü prizmasından çıxış edirlər. Hətta, bəzi məqamlarda ABŞ və Rusiya nümayəndələrinin nitqlərində İrəvanın yapışa biləcəyi detallar olsa da, Azərbaycanın qəti mövqeyi ilə hesablaşma var. Türkiyənin münasibəti birbaşa ölkəmizin xeyrinə idisə, digər dövlətlər təxminən bunu dedilər: biz güclünün haqqını tanıyırıq. Güclü isə Azərbaycandır. Ermənilərin böyük ümid bəslədikləri Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qərəzli və faktlara əsaslanmayan hesabatı da işə yaramadı. Məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara belə çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Bunun əvəzində isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirildi və bu, tamamilə Azərbaycanın maraqlarına cavab verir.Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanuni vasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək əzmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır. Bununla Azərbaycan gücünü yalnız döyüş meydanında deyil eyni zamanda beynəlxalq təşkilatların və böyük dövlətlərin iştirak etdiyi qlobal siyasi arenada da göstərmiş oldu. Sözsüz ki, bütün bu uğurlar cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin məntiqi davamıdır!
Məcid Rəsulov
Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru
Sozcu.info