İsrail üçün üç pis ssenari:yəhudi dövləti Əsədi qətl etməyə belə hazırdır - TƏHLİL

İsrail üçün üç pis ssenari:yəhudi dövləti Əsədi qətl etməyə belə hazırdır - TƏHLİL

 

Ben Kaspit

"Əl-Monitor

 

İsrail müdafiə qurumunda çox yüksək səviyyəli bir mənbəyi bu həftə "Əl-Monitor”a bildirib: "Bu döyüşdə tək qaldığımızı bilirik. Bununla belə, işi davam etdirməkdən başqa seçimimiz yoxdur”.

İsrail baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında aprelin 4-də telefon söhbəti aydınlıq gətirib ki, "İsrailə ən dost prezident” ABŞ-ın Suriyadan çıxması və meydanı Rusiya prezidenti Vladimir Putinə vermək barədə qərarını dəyişdirməyi planlaşdırmır.

Netanyahu belə bir çəkilmənin nəticələrinin nə olacağını Trampa izah etməyə çalışıb. Ancaq Tramp İsrailin mövqeyini anladığını ifadə edərkən, qərarını dəyişməyəcəyini açıqlayıb.

Bu iki adam ABŞ-ın İsrailə geniş beynəlxalq dəstək verməyə davam edəcəyi fikrini qəbul edib, amma ABŞ Suriyadakı bataqlıqda boğulmaq istəmir.

Tramp, göründüyü kimi, Netanyahuya İŞİD-in məğlub olduğunu və aradan qaldırıldığını, ABŞ-ın orada qalmasına artıq səbəb olmadığını söyləyib. Eyni zamanda, Tramp Netanyahuya Birləşmiş Ştatların zəruri halda İsrailin köməyinə gələcəyini vəd edib.

Bu, Netanyahu üçün böyük məyusluq olub. Çünki hazırda İsrailin milli təhlükəsizliyi üçün ən mühüm məsələ – Suriyadakı mövcudluğunu yaratmaq üçün İranın hər cür səy göstərməsidir. Ancaq Tramp ABŞ-ın İrana dair siyasətini tamamilə dəyişib. Sələfi Barak Obama kimi düşünür. Başqa sözlə, Tramp İranı dövlət terroru və zorakılıq ixracçısı kimi təsvir edir. Prezident hətta İranla superdövlətlər arasında imzalanan nüvə razılaşmasından çıxma ehtimalı barədə ciddi düşünür. Çünki iranlıları Yaxın Şərqdəki Amerika maraqlarına və sünni rejimlərin sabitliyinə dərhal və ağır təhlükə yaradan görür. Amma sözləri hərəkətə gətirərkən, prezident istəksizliyi göstərir.

İsraildəki yüksək səviyyəli hökumət üzvü anonimlik şərti ilə "Əl-Monitor”a deyib: "İranın şimal sərhədimizdəki mövqeyinə gəldikdə, Trapmın mövqeyi ilə Obama arasında heç bir fərq yoxdur”.

Amma İsrail sözündən dönməyəcək. Hums yaxınlığında T4 hava bazasına hava hücumu İsrailə aid edilib və bu, ABŞ-ın rəsmi mənbələri tərəfindən təsdiqlənib. İsrail bu barədə tamamilə səssiz qalıb.

Aprelin 10-da müdafiə naziri Aviqdor Liberman "T4-ə hücum edənlərin kimliyini bilmirəm”, – deyərək, Suriyadakı hücumda "İsrail barmağı”nı təkzib edib. Liberman əlavə edib: "Suriyada İran varlığına icazə verə bilmərik”.

Müdafiə naziri İsrailin siyasət haqqında bundan daha aydın danışa bilməzdi.

Göründüyü kimi, son bir neçə ay ərzində İsrail qorxu hissini aşıb, İran və Suriya prezidenti Bəşər Əsədlə (ən yaxşı ssenaridə) toqquşma kursunda olduğunu bilir; başqa seçimlər də var: İran, Əsəd və "Hizbullah” (pis ssenaridə); ya da İran, Əsəd, "Hizbullah” və Rusiya (betər ssenaridə).

İsrailin Müdafiə Nazirliyi, adətən, ölkənin siyasi rəhbərliyi üçün hərbi arenanın sərhədlərini müəyyənləşdirir və ya siyasətçiləri ola biləcək hər hansı bir macəraçı rəyini məhdudlaşdırır. Lakin bu vəziyyətdə Netanyahu, Liberman və digər hərbiçilər Kabinetinin üzvləri ilə eyni rəydə idilər.

Siyasət sadədir: İranın Suriyadakı hava və ya zəmin bazaları yaratmasına imkan verməmək və İranın hərbi infrastrukturlarını məhv etmək.

Bu siyasət regionda müharibəyə gətirib çıxararsa?

Ola bilər. İsrail bu mövzuda artıq narahat deyil.

Suriya hava bazasına hava hücumu İsrailə aid edilən hər hansı bir əvvəlki hücumdan daha böyük idi. Suriya müdafiə sistemi ilə hücumda iştirak edən "F-15”-lərdən atılan səkkiz raketdən bəzilərinin vurulmasına baxmayaraq, Qərb mənbələri "Əl-Monitor”-a bildirib ki, onlarla raket əslində, bazanı tamamilə məhv edilib və ən azı 7 iranlı öldürülüb.

Rusiyadan çox kədərli və qınama daxil olmaqla, görünməmiş cavab dalğası yaranıb. Ruslar hətta İsrailin Moskvadakı səfiri Qari Koreni Xarici İşlər Nazirliyinə çağırıblar. İran isə İsrail hücumunu cinayət olaraq təsvir edib və intiqam alacağını söyləyib.

Aprelin 10-da Liberman Suriya ərazisindən İsrailə qarşı hücum edəcək hər kəsə İsrailin cavab verəcəyini deyib. İsrail müdafiə qurumunun mənbələri qeyd edib ki, əgər İran öz təhdidini həyata keçirsə, İsrail Əsəd rejimi devirmək və hətta Əsədin özünü ortadan qaldırmaq üçün lazımi addımları atacaq.

Başqa sözlə, Tehran, Şam və Moskvaya xəbərdarlıq göndərilib: indi hər şey baş verə bilər; İsrail tək ola bilər, amma o qorxmur. Əksinə, "qırmızı xətlər”dən yapışaraq varlığını qoruyacağını vurğulayır.

İndi top Tehranın "ayağındadır”. İsrail inanır ki, Putin İsrailin təcavüzkar siyasətinə cavab verməyəcək.

Əgər İran Suriyadakı hərbi infrastrukturu yarada biləcək şəkildə İsraillə açıq müharibəyə girişmək istəsə, İsrailin cavab olaraq bütün yollara hazır olduğunu başa düşməlidir.

Növbəti həftələrdə bunun uğurlu olub-olmayacağını görəcəyik.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti