27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Trita Parsi
"Middle East Eye”
Bir çoxları ABŞ prezidenti Donald Trampın ilkin şərtlər olmadan İran rəhbərliyi ilə görüş təklifini Tehranın Trampın eqosunu sığallaması və qarşıdurma yolundan çəkindirmə üçün qızıl fürsət olduğuna inanırlar. Lakin Tehran üçün bu – Trampın digər zorakılıq qurbanlarından fərqli olaraq, – Amerikaya həddindən artıq böyük güzətşdir.
İstəklər qarışıqlığı
Trampla söhbət, İran görə, çətin bir şeydir. Hətta keçən həftə Tramp bəyanatını verərkən belə, İran prezidenti Həsən Ruhani ilə görüşmək üçün ən azı səkkiz istək açıqlayıb.
Əvvəlcə İran çaşqınlığa düşüb. Yüksək səviyyəli bir İran rəsmisi bildirdi ki, dəymə-düşər Trampla necə danışacaqlarını bilmirlər.
İran zəif görünür. Ruhani nüvə razılaşmasından sonra belə Trampın sələfi Barak Obama ilə görüşməyi rədd edib. O, Trampla görüşməyə razı olarsa, Amerika realiti TV ulduzunun İrana qarşı təhqir səsləndirməsinə görə hər tərəfdən tənqidə məruz qala bilər.
Ancaq Tehran da anlayır ki, əgər Tramp, həqiqətən, yeni bir razılıq istəyirsə, İran Obama ilə müqayisədə, daha yaxşı şərtlərlə saziş imzalaya bilər. Konqresdəki respublikaçılarının ittihamlarına zidd olaraq, Obama daha sərt danışıqcı idi.
Tehran üçün bu qədər çətin olan şey də məhz budur. Trampın hoqqaları ilə üzləşən əksər ölkələr onu tərifləyərək, üzünə xoş görünərək, güzəştləri təmin etmək üçün rəmzi zəfər qazanmasına şərait yaradıblar.
2017-ci ildə Avropa İttifaqı regional məsələlərlə bağlı İrana töhmət verərək, Trampı zəfəri bəyan etməsi üçün Aİ-nin "yeni” mövqeyini göstərməyə təşviq edib, lakin nüvə razılaşmasını öldürməkdən çəkinib. Hətta Trampın NATO səlahiyyətlilərinə qarşı təzyiqləri sayəsində onları müdafiə xərclərini artırmağa məcbur etdiyi də bu qəbildəndir.
Tramp yemi udub. Avropa üçün, həqiqətən, Trampa məğlub olmuş kimi görünmək sərfəlidir.
Tarixi izahlar
Keçən il yaponiyalı diplomatlar mənə danışdılar ki, müdafiə xərclərini artırmadan Yaponiya üçün nüvə çətirini təmin etməkdən ötrü Trampı necə kökləyiblər. Üç gün ərzində baş nazir Şinzo Abe Mar Laqoda Trampla qolf oynayıb və çox vaxt qolf tərəfdaşını, kurortu, onun zənginliyini və işgüzarlığını tərifləyib.
Ancaq bu, İranın dramatik şəkildə fərqləndiyi məqamdır: Tehran üçün Amerikaya və Trampa güzəştə getmək – yaxşı görünmək – hətta rəmzi olaraq, – baha başa gələcək məsələdir.
İran uzun illərdir ki, ABŞ-la bərabər səviyyədə və qarşılıqlı hörmət şəraitində danışıqlar aparacağını bəyan edir.
Bu tələb mədəni, tarixi və siyasi izahatlara malikdir. ABŞ İranın sabiq baş naziri Məhəmməd Müssədiqə qarşı 1953-cü ildəki hərbi çevrilişi təşviq etdiyinə, 1964-cü ildə İranda yerləşdirilən ABŞ hərbi personalına və onlardan asılı şəxslərə tam diplomatik immunitet verdiyinə, Vaşinqton şahın qəddar rejimini dəstəklədiyinə görə, iranlılar Birləşmiş Ştatları tərəfindən dərin alçaldılma hiss edir. Yəni Vaşinqton İranı özündən aşağı bir güc olaraq qiymətləndirir.
Nəticədə, əsas məqsəd yalnız İranın ləyaqətini bərpa etmək və ABŞ-ı İranla bərabər hüquqlu davranmağa məcbur edən danışıqlar aparmaq olub.
İranın təqdimatına əsasən, Trampa hər hansı bir güzəşt – yalnız rəmzi olsa da, – İranın məğlubiyyəti kimi qəbul ediləcək.
Bu, bizi siyasi faktorlara gətirib çıxarır: İran siyasəti hər hansı bir siyasətçinin Trampla danışıqlar masasının arxasına oturmasını çox çətinləşdirir. Bu halda Tramp İranı aşağı səviyyədə qiymətləndirmək və ya İranın ləyaqətini alçaltmaq hoqqası çıxara da bilər.
Hər hansı bir iranlı siyasətçi üçün bu, siyasi intihar olardı. Lakin İranın fraksiyalı siyasəti ucbatından rəqib siyasətçilər ABŞ-la məşğul olarkən, bu, Trampla həmsöhbətlik mənası verir. Hətta olmadıqda belə.
Ancaq bu, İranın Vaşinqtona hörmət göstərə bilməyəcəyini nəzərdə tutmur.
Potensial risklər
Nüvə danışıqları zamanı İran xarici işlər naziri Cavad Zərif dəfələrlə ABŞ-a tərəfdaş olaraq müraciət edib. Vaşinqton barədə tərəfdaşı olaraq danışarkən, İranın əvvəlki ritorikasından aydın şəkildə ayrılma vardı və ehtiram duyulurdu.
Amma tərəfdaşlıq, eyni zamanda, bərabərliyi nəzərdə tutur, buna görə də, İran Vaşinqtona bərabər hüquqluluqla müəyyən edilmiş əlaqələrə hörmətlə yanaşmağa hazırdır.
Zərifdən əvvəlki bu hazırlıq işləri, xüsusilə 2013-cü ildə Oman və Nyu-Yorkda keçirilən Vaşinqton və Tehran gizli görüşləri zamanı da mövcud idi. Obamanın İranla bağlı hörmətlə
danışmaq səyi onu İsrail, Səudiyyə Ərəbistanı və Konqres üzvlərinin böyük təzyiqlərə məruz qoyub.
Bu tarixi və siyasi həssaslıqlar, gələcək aylarda və illərdə Tramp-Ruhani görüşünü çətinləşdirə bilər. Amma Tehranın Trampın uzanmış əli ilə bağlı potensial risklərə diqqət yetirməməsi ağıllı iş olardı.
Trampla istənilən müqavilə onun etibarsız olmasına görə az əhəmiyyətə malik olsa da, Tehran bu etibarsızlığı da öz üstünlük kimi istifadə edə bilər. Tramp və Ruhaninin sadəcə bir-birinin əlini sıxması Riyadda və Tel-Əvivdə çaxnaşmaya səbəb olacaq. Hətta Trampın bu müttəfiqləri də ona etibar edə bilməyəcəklərini bilirlər.
Amerika tərəfindən xəyanət kimi dəyərləndiriləcək ABŞ-İran dialoqu dərin qorxu ilə qırılma nöqtəsinə çatacaq və ehtimal ki, Tehran əleyhinə ABŞ-İsrail-Körfəz əməkdaşlığının zəifləməsinə səbəb olacaq.
Nəticədə, Tramp deyil, İran yaxşı təəssürat doğuracaq.
Tərcümə: Strateq.az