Siyəzənin polis əməkdaşlarına qarşı ŞOK İTTİHAM - “Dedi ki, Azərbaycanda şəhid zibil kimidir...”

Siyəzənin polis əməkdaşlarına qarşı ŞOK İTTİHAM - “Dedi ki, Azərbaycanda şəhid zibil kimidir...”

 

Siyəzən rayonu, Məşrif kənd sakini tərəfindən (adının saytımızda açıqlanmasını istəmir – red.) "Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olub. Şikayətçi rayon polis əməkdaşlarının qanunsuz əməllərindən yazır. Onun məktubunu olduğu kimi dərc edirik:

"Siyəzən rayon polis şöbəsinin əməkdaşları, polis leytenantı Cahangir Ağayevin, polis serjantları Nazim Qasımovun və Post Patrul Xidməti avtomobilinin sürücüsü Musayev Musa Dilbər oğlunun dövlətin paqonundan sui-istifadə etməklə, vəzifə səlahiyyətlərini aşaraq Milli Qəhraman, şəhid ailəsinin üzvünə qarşı gözümün qarşısında etdikləri qanunsuz hərəkətəri qısaca olaraq diqqətinizə çatdırıram.

Belə ki, 24 sentybar 2019-cu il tarixdə Siyəzən şəhərində, camaat arasında "Köhnə Dəlləkxana’’ deyilən yerdə dayanıb kənd marşrutunu gözlədiyim vaxt, Siyəzən RPŞ-nin polis leytenantı Cahangir Ağayevlə polis serjantları Nazim Qasımov və Musa Musayevin 1990-cı illərin əvvəllərindətorpaqlarımızın bütövlüyü uğurunda vuruşaraq qəhrəmancasına şəhid olmuş və Ulu Öndərimiz Heydər Əliyevin fərmanı ilə "Milli Qəhrəman”’ adı verilmiş, Siyəzənin ilk şəhidlərindən olan, qohumum Ramazanov Rasim Şahpələng oğlunun qardaşı oğlu, Siyəzən şəhəri Fizuli küçəsi ev 5-də yaşayan Ramzanov Pərviz Yaşar oğlunun işlətdiyi təsərrüfat malları dükanının qarşısında dayandıqlarını gördüm. Sonradan öyrəndim ki, polis leytenantı Cahangir Ağayev Pərvizin dükanından nisiyə tikinti mal-materialı götürərək, ona 340 manat borclu qalıb. Pərviz Siyəzən rayon polis şöbəsinin əməkdaşından borcunu istədikdə, Cahangir Ağayev uca səslə Pərvizin üstünə qışıqıraraq "Sənə pul verməyəcəm, get əlindən nə gəlir elə, hara şikayət edirsən et!”, - dedi. Pərviz Ramazanov ondan şikayət edəcəyini Cahangir Ağayevə bildirdikdə, Cahangir Ağayev, polis serjantları Nazim Qasımov və Musa Musayev azyaşlı oğlunun gözləri qarşısında Pərvizə fiziki zor tətbiq edərək, onu zorla post-patrul maşınına basıb, Siyəzən rayon polis şöbəsinə aparmışlar.

Pərviz Ramazanov mənim qohumum olduğu üçün onunla maraqlananda bildim ki, onu polis şöbəsində əsassız olaraq 5-saat saxlayıb, əzab-əziyyət verdikdən sonra, Pərvizin dediyinə görə, 2000 (min) manat da pulunu alıb, evinə sərbəst buraxıblar.

Mən sonradan Pərvizlə görüşüb, Polis Şöbəsində nə baş verdiyini ondan soruşduqda, mənə bunları dedi:

- Mən Siyəzən RPŞ-də olarkən onlara etiraz edərək uca səslə "Mən Milli qəhraman, şəhid ailəsiyəm, heç olmasa ona hörmət qoyun, belə etməyin, bu, ən azından ayıbdır, insanlığa belə, sığmır’’ - dedikdə, polis serjantı Nazim Qasımov üstümə qışqıraraq "Nə "şəhid, Milli qəhrəman ailəsiyəm salmısan”, Azərbaycanda şəhid zibil kimidir, demək olar ki, hər evdən şəhid var!’”’, - deyərək, şəhidlərimizin, Milli qəhrəmanlarımızın ünvanına yaraşmayan ifadələrlə onların ruhlarını kobud şəkildə təhqir etmişdir.

Polis serjantı Nazim Qasımovun bu hərəkəti nəinki qanunvericliyə, heç insanlığa belə sığmaz ki, vətən uğurunda qəhrəmancasına vuruşaraq canlarından keçən, hörmətli Prezidentimizin də diqqət mərkəzində olan şəhidləri təhqir etməkdən çəkinmir.

Pərviz daha sonra mənə bunları dedi: "Onlar məni polis şöbəsində şillə-qapazla döyərək, mənə bildirdilər ki, "çıxan yerin yoxdur, 2 000 (iki min) manat verməlisən ki, səni sərbəst buraxaq, əks təqirdə cibinə narkotik atıb, səni həbsə göndərəcəyik. Mən əlacsız qalıb 2000 (iki min) manat borc pul götürüb, onlara verdikdən sonra, 5 saatdan artıq Siyəzən RPŞ-də saxlanılaraq, mənə əzab-əziyyət verilməklə, evə buraxılmışam. Sonradan etdiyimiz şikayətlərlə əlaqədar Siyəzən RPŞ-nin rəisi Valik Vəlimətov məni yanına çağırıb dedi ki, "verdiyin pulu qaytartdıracam, xahiş edirəm, daha səs-küy salma, heç yerə də şikayət etmə’’. Sonradan məndən aldıqları 2000 (iki min) manatı Siyəzən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Ramin Zeynalovun vasitəsi ilə qaytarıb verdilər mənə’’.

Hörmətli Prezientimiz cənab İlham Əliyevölkədə olan bəzi məmur və polis özbaşınalığına qarşı dəfələrlə sərt bəyanatlar verərək, bütün məmurların xalqın ximətçisi, xalqa xidmət etməli olduğunu bildirib. Əfsuslar olsun ki, Siyəzən RPŞ-nin əməkdaşları polis leytenantı Cahangir Ağayevlə, polis serjantı Nazim Qasımov və Musa Musayev belə hərəkətlər etməklə, vətənaşlarla, şəhid və Milli qəhraman ailəsinin üvləri ilə, nəinki qanunamüvafiq qayadada nəzakətli davranırlar, tam əksinə insanları dövlətdən narazı salmağa cəhd göstərirlər. Belə polis əməkdaşları birbaşa dövlətinə və Prezidentinə xəyanət edir.

Hörmətli Prezident!

Məktubumda yazdığım bu kimi cinayət xarakterli, çirkin, polis adına yaraşmayan hərəkətlər barəsində tədbirlər görülməsi üçün aidiyyatı orqanlara öz tapşrıqlarınızı verməyinizi, dövlətinə, Prezidentinə xəyanət edən məmurlar barəsində qanuni tədbirlər görülməsini Sizdən xahiş edirəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}