7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Dünən Kürdəmir rayonunda polis tərəfindən saxlanılan şəxs qəfil vəfat edib.
Sozcu.info xəbər verir ki, rayon ərazisində bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə gələn post-patrul xidmətinin əməkdaşları davada iştirak edən Kürdəmir şəhər sakini, 1961-ci il təvəllüdlü Elşən İbişovu saxlayaraq rayon polis şöbəsinə gətiriblər. "Fiat Doblo” markalı post-patrul maşını şöbənin qarşısına çatanda E.İbişov maşından düşürülüb və bir neçə addım atandan sonra o yıxılaraq ölüb.
E.İbişovun ölüm səbəbinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin edilib.
Araşdırma aparılır.